Gələn həftə Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Dekabrın 3 və 4-ü tarixlərində Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçiriləcək Forum 8 paneldən ibarət olacaq.
Forumda maliyyə sektorunun aparıcı nümayəndələri, bank rəhbərləri, tənzimləyici qurumların yüksək səviyyəli rəhbərləri, fintech sektoru, assosiasiyalar və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcək. Ümumilikdə Forumda maliyyə sektorunun 100 aparıcı şirkəti və min iştirakçı təmsil olunacaq.
Tədbirdə həmçinin sərgi sahəsi və müxtəlif mövzular üzrə onlayn çıxışlar da yer alacaq.
Qeyd edək ki, VIII Beynəlxalq Bankçılıq Forumu Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilir.
Baxış sayı:88
Bu xəbər 29 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















