Gələn il Ai 92 və Ai 95 markalı benzin istehsalı davam etdiriləcək? RƏSMİ CAVAB
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.
Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















