Gələn il Azərbaycanda mebel qiymətləri artacaq?
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda növbəti ildə mebel qiymətlərinin artması gözləniləndir.
BAKU.WS xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan bildirib.
O bildirib ki, mebel qiymətlərində artım bir neçə faktora əsasən baş verir.
"Birincisi mebel hazırlanması üçün xammal, yarimfabrikatlar , aksesuarlar ölkəmizə xarici ölkələrdən idxal olunur. Burada həm həmin ölkələrdə mebel məhsullarının qiymətinin artması, eyni zamanda dollar, avronun məzənnələrinin dəyişməsi , logistika xərclərinin artması və sair kimi amillər nəticəsində ölkəmizə idxal olunan mebel məhsullarının, hazır mebellerin bahalaşmasına gətirib çıxara bilər", - Ozan əlavə edib.
Onun sözlərinə görə, dünyada baş verən müharibələr və siyasi proseslərdə iqtisadiyyata böyük təsiri var. Bəzən təkcə elə bu səbəblərdən logistik xərclər iki və ya üç dəfə arta bilir.
"Daxili mebel istehsalında da bu amillər eyni təsir gücünə malikdir. Ona görə də mebel qiymətlərinin artması gözləniləndir".
Sədr müavini qeyd edib ki, əsasən yanvar, fevral aylarında mebel istehsalı, mebel satışında durğunluq ayları, mart, aprel ayları isə daha hərəkətli aylar hesab edilir .
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 17 Dekabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















