Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçiriləcək
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tatarıstanın mədəniyyət nazirinin müavini Damir Natfullin Həmvətənlərlə İş üzrə Koordinasiya Şurasının iclasında bildirib.
"Nazirlik milli mədəniyyətin qorunması və təbliği, tatar irsinin əlçatanlığı və qavranılması ilə bağlı mənəvi tələbatların ödənilməsi istiqamətində fəaliyyəti davam etdirir", - nazir müavini bildirib.
Onun sözlərinə görə, Mədəniyyət Günləri, həmçinin Rusiyanın paytaxtı Moskvada, Qazaxıstanın Abay vilayətində, İran və Misirdə keçiriləcək.
D. Natfullin əlavə edib ki, nazirlik doğma tatar dili və ədəbiyyatının, mərasim mədəniyyətinin, xalq sənətlərinin, ənənələrinin, milli dramaturgiya və teatrın qorunması istiqamətində iş aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















