Gələn il Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçiriləcək
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
2026-ci ilin ilk yarısında Bakıda Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçiriləcək.
525.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, estoniyalı həmkarı ilə müxtəlif beynəlxalq platformalarda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı mütəmadi olaraq müzakirə edirlər:
"Ancaq ikitərəfli qarşılıqlı səfərlərin əhəmiyyəti daha böyükdür. Nazirin bugünkü səfəri və Azərbaycan Prezidenti ilə görüşü önəmlidir. Biz geniş spektrli məsələləri bu gün müzakirələrimizdə əhatə edə bildik. Aİ-Azərbaycan münasibətlərinə toxunuldu, eyni zamanda, regional və qlobal mövzular da müzakirə edildi".
C.Bayramov bildirib ki, Azərbaycan və Estoniya XİN-ləri arasında siyasi məsləhətləşmələr bundan əvvəl 2024-cü ildə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















