Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 sentyabr, AZƏRTAC
2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat və ya 5,9 faiz artım deməkdir.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icmal büdcə xərcləri isə növbəti ildə 50 milyard 386,7 milyon manat proqnozlaşdırılıb. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur. 2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:Yeddi ayda icmal büdcənin gəlirləri 28,8 milyard manat olub
10 Avqust 2026 18:45
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
23 Oktyabr 2026 10:28
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
16 Sentyabr 2026 21:03
Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq
26 Noyabr 2024 15:56
Baxış sayı:136
Bu xəbər 16 Sentyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















