Icma.az
close
up
RU
Gələn il maaş və pensiyalar artırılacaq?

Gələn il maaş və pensiyalar artırılacaq?

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Ötən həftə İqtisadi Şuranın baş nazirin sədrliyi ilə keçirilən iclasında 2027-ci ilin büdcə və iqtisadi proqnozları müzakirə edilsə də, ilkin göstəricilər, başqa sözlə desəm, nəzərdə tutulan rəqəmlər və planlar barədə hələ ki heç nə bəlli deyil. Yəni gələn il ərzində 6-cı sosial islahat paketinin icra olunub-olunmayacağı naməlumdur.

Qeyd edim ki, sonuncu - 5-ci sosial islahat paketi keçən il - 2025-ci ildə icra edilmişdi. 1-ci paket isə 2019-cu ildə həyata keçirilmişdi. Söhbət maaş, pensiya, sosial müavinət və təqaüdlərin artırılmasından gedir.

Bəli, real olaraq ölkə üzrə əhalinin nominal gəlirləri ilə orta aylıq nominal əməkhaqqının artım göstəricisi pis deyil. Cari ilin ilk 8 ayı ərzində ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% artaraq 63 milyard 511,3 milyon manat olub. Orta aylıq nominal əməkhaqqına gəldikdə isə ilin yanvar-iyul aylarında muzdla çalışan işçilər üzrə bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 1 176,7 manat təşkil edib. Dominos pizza

Göstərilən müddətdə ölkədə orta illik inflyasiya səviyyəsi isə həm yanvar-iyul, həm də yanvar-avqust aylarında 5,7% təşkil edib. Yəni nominal gəlirlər ilə orta aylıq əməkhaqqı üzrə artım sürəti inflyasiyanı üstələyib.

Ancaq burada bəzi nüanslar var. O da bundan ibarətdir ki, əvvəlki şərhlərimdə də yazdığım kimi, nominal gəlirlər ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pul gəlirlərinin cəmi hesab olunur və hamını əhatə edir. Orta aylıq nominal əməkhaqqı isə rəsmi əmək müqaviləsi ilə muzdla çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsi ilə müəyyənləşdirilən göstərici sayılır. Odur ki, nominal gəlirlərin artım tempi inflyasiyanı 3,7 faiz bəndi üstələdiyi halda, orta aylıq nominal əməkhaqqı üzrə bu rəqəm 1,5 faiz bəndi təşkil edir.

Üstəlik, cari ilin yanvar-avqust aylarının göstəricilərinə əsasən, ölkəmizdə inflyasiyanın əsas hərəkətverici faktoru rolunda ərzaq və qida məhsulları çıxış edir ki, bu sahədə bahalaşma ümumi inflyasiya həddini üstələyir. Qeyd olunan müddətdə ərzaq məhsulları, alkoqollu içkilər və tütün 6,9% artım nümayiş etdirib. Qeyri-ərzaq məhsulları üzrə bu rəqəm 3,7%, ödənişli xidmətlərdə isə 5,6% təşkil edib.

Bu da o deməkdir ki, nominal gəlirlərin artım tempi ərzağın bahalaşması səviyyəsini 2,5 faiz bəndi üstələdiyi halda, orta aylıq nominal əməkhaqqının artım tempi onu cəmi 0,3 faiz bəndi üstələyir. Odur ki, ərzaq inflyasiyasına görə gələn il ərzində 6-cı sosial islahat paketinə əslində çox ciddi ehtiyac var.

Bəs belə bir paketin icrasına imkan varmı?! Bəli, var... Buna ən azı 2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında çox yüksək müsbət dinamika əsas yaradır. Maliyyə Nazirliyinin hesablamasına əsasən, 2026-cı il üzrə dövlət büdcəsinin gəlirləri 756 milyon manat çox, xərcləri isə 841 milyon manat az yerinə yetiriləcək. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsiri yarıbayarı azalaraq 1 milyard 497,6 milyon manat təşkil edəcək.

Sözün qısası, rəqəmlər hələ açıqlanmasa da, 2027-ci ildə maaş, pensiya, sosial müavinət və təqaüdlərin artırılacağı tamamilə real görünür. O baxımdan ki, birincisi, buna sabit inflyasiya şəraiti zəmin yaradır, ikincisi, qeyd etdiyim kimi, cari il üzrə büdcənin uğurlu icrası, üçüncüsü isə istehlak səbətində qida xərclərinin payının böyüklüyü, ərzaq inflyasiyasının əhali tərəfindən daha çox hiss edilməsidir...

Pərviz Heydərov

Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Sentyabr 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri