Icma.az
close
up
RU
Gələn il maaşımızdan nə qədər vergi tutulacaq? AÇIQLANDI

Gələn il maaşımızdan nə qədər vergi tutulacaq? AÇIQLANDI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev 2500 manata qədər maaş alanların gəlir vergisinin 14%-dən 7%-ə salındığını bildirib.
Bu güzəştdən hansı sahədə çalışan şəxslərin yararlanacağı, həm özəl, həm də dövlət işçilərinə şamil olunub-olunmayacağı mraq doğurur. Eləcə də prosesin mərhələli olması, hansı ildə neçə faiz vergi veriləcəyi kimi məsələlər də sual yaradır.

Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, əslində gələn ilin 1 yanvarında müvafiq güzəşt müddəti başa çatdığından fiziki şəxslərin gəlirləri 14% illik vergi rejiminə qayıtmalı idi:

“1 yanvar 2019-cu ildən dövlət büdcəsindən maliyyələşməyən və qeyri-neft sektorunda işləyənlərin əmək haqları 7 il ərzində gəlir vergisindən azad olunmuşdu. Belə ki, gələn ilin 1 yanvarında müvafiq güzəşt müddəti başa çatdığından fiziki şəxslərin gəlirləri 14% illik vergi rejiminə qayıtmalı idi. Amma Vergi Məcəlləsinə təklif olunmuş dəyişikliklər fiziki şəxslərdən tutulan gəlir vergisinin birbaşa 14%-ə qayıtmasının qarşısını alır və yumşaq yanaşma edilir.  Belə ki, Vergi Məcəlləsinin 1-1.1-1.1-ci maddəsində nəzərdə tutlmuş gəlir vergisinin hesablanması qaydasına görə, 1 yanavar 2026-cı ildən 1 yanvar 2027-ci ilədək vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək 3%, 2500 manatdan 8 min manatadək olduqda 75 manat+2500 manatdan 8000 manatadək olan məbləğin 10%-i, 8 min manatdan çox olduqda 625 manat+ 8000 manatdan çox olan məbləğin 14%-i gəlir vergisi kimi hesablanacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək isə vergi tutulan aylıq gəlirin məbləği 2500 manatdək 5%, 2500 manatdan 8 min manatadək olduqda 125+ 2500 manatdan 8000 manatadək olan məbləğin 10%, 8 min manatdan çox olduqda isə 675 manat+8000 manatdan çox olan məbləğin 14% hesablanacaq. 2028-ci ilin yanvarın 1-dən sonra isə vergi tutulan saylıq gəlirin məbləği 2500 manatadək 7%, 2500 manatdan 8000 manata qədər olduqda 175manat+ 8000 manatın 10%, 8000 manatdan çox olduqda isə 14% vergiyə cəlb olunacaq. Nəzərdə tutulmuş dəyişikliklərə görə 2028-ci ildən vergi tutulan aylıq gəlirin məbləği 2500 manatın 7% olaraq qalacaq. Bu əvvəlki qaydalarda nəzərdə tutulmuş 14 %-dən 7 %-ə endirilməsi deməkdir”.

Azər Badamov qeyd edib ki, bu, həm də əməkhaqqı 2500 manata qədər olduqda cəmi 7% gəlir vergisinin tutulmasıdır:

“Biz qonşu dövlətlərdə gəlir vergisinin hesablanması qaydalarına baxanda görürük ki, 14%-dən aşağı vergi tutulan ölkə yoxdur. Azərbaycan bu vergi dərəcəsini azaltmaqla həm də 2500 manatadək əmək haqqı alan fiziki şəxslərin daha az vergi ödəməsinə imkan yaratmış olur”.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə gələn il qeyri-neft və özəl sektorda çalışanların 3% vergi verəcəyini bildirib:

“Fiziki şəxslərin gəlir vergisi ilə bağlı müəyyənləşdirilmiş güzəşt müddəti 2026-cı ilin yanvarın 1-də başa çatır. Bu 7 il ərzində özəl və qeyri-neft sektoru həmin güzəştlərdən istifadə edib. Təbii ki, güzəştlər başa çatan zamanda təklifimiz məhz mərhələli, yumşaq keçidlə bağlıydı. Praktiki olaraq, Milli Məclisə hökumət tərəfindən təqdim olunan və müzakirə edilən layihədə də mərhələli keçid nəzərdə tutulub. Gələn ildən etibarən özəl və qeyri-neft sektorunda işləyən və 2500 manatadək maaş alanlar 3% vergi ödəyəcəklər. Dövlət sektorunda isə gəlir vergisi 14%-dir”.

Deputatın fikrincə, bu, özəl və qeyri-neft sektorunun stimullaşdırılması, dəstəklənməsi baxımından vacibdir:

“Çünki nəticə etibarilə bu, qeyri neft sektorunda sahibkarların, xüsuilə vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxaracaq. Mərhələli keçiddə də məqsəd ondan ibarətdir ki, izafi yük yaranmasın. İnkişaf etmiş ölkələrdə, xüsusilə də qonşu ölkələrdə gəlir vergisi yüksəkdir. Ona görə də özəl və qeyri-neft sektorunda çalışanlara dövlət sektoru ilə müqayisədə aşağı vergilərin tətbiqi özəl sektorun dəstəklənməsi ilə bağlıdır. Məhz bu, həm də gələn ildən özəl sektorda izafi xərcin yaranmasının qarşısını alacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri