Gələn il orta aylıq pensiyalar nə qədər artacaq? Nazir açıqladı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşıdırılır:
"Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















