Gələn il pensiyalar 500 manatı keçəcək Nazir AÇIQLADI KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Növbəti ildə bizim əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatması proqnozlaşdırılır.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi.
“Beş ildə əmək pensiyalarının orta məbləğini 2 dəfəyə yaxın artıra bilmişik. Yaşa görə əmək pensiyasına baxdıqda isə rəqəm daha yüksəkdir.
Növbəti ildə bu rəqəm 569 manat olacaq. Cari illə müqayisədə 8 faiz artım var. 2019-cu ilin göstəricisinə baxsaq, bu, 292 manata bərabər idi”, – nazir əlavə edib.

Gələn il pensiyalar 500 manatı keçəcək Nazir AÇIQLADI
21 Noyabr 2024 12:03
Gələn il orta aylıq pensiya bu qədər olacaq Nazir AÇIQLADI KONKRET
26 Noyabr 2024 16:54
Gələn il minimum əmək haqları və pensiyalar artırılacaq Deputat AÇIQLADI
25 Noyabr 2024 11:38
Gələn ünvanlı dövlət sosial yardımını orta məbləği 500 manatı keçəcək” DEPUTAT
04 Dekabr 2024 13:58
Pensiyalar artırılır? 500 manat… KONKRET
02 Mart 2025 21:26

