Icma.az
close
up
RU
Gələn il pensiyalar BU QƏDƏR artacaq AÇIQLANDI

Gələn il pensiyalar BU QƏDƏR artacaq AÇIQLANDI

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir.

News24.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov yutub kanalında yerləşdirdiyi videoda bildirib.

O qeyd edib ki, parlamentdə gələn həftə büdcə müzakirəsi olacaq:

"Orada da artımlarla bağlı, eləcə də bir sıra məsələlər öz əksini tapacaq. Bildiyiniz kimi, bu həftə təqdim olunan məlumata əsasən, 2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir. Artım minumum pensiya məbləği ilə yox, ölkə üzrə orta aylıq pensiya məbləğindəki artımı xarakterizə edir. Ona görə də artım birbaşa ölkə üzrə orta aylıq pensiya məbləğinə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözlənti orta aylıq pensiya məbləğinin 516 manata yüksəlməsi ilə bağlıdır”.

Deputat bütün növ əmək pensiyalarında artımların olacağını açıqlayıb:

“Minumum pensiya və minumum maaşın artırılması ilə bağlı cənab Prezident tərəfindən göstəriş verilib. Həmin göstərişə uyğun olaraq, artımla bağlı məsələlər yekunlaşmaq üzrədir. Bizim təklifimiz ondan ibarətdir ki, 2023-2024-cü illərdəki artım faizi, inflyasiya nəzərə alınmaqla pensiya və minimum maaşda artımlar həyata keçirilsin. Biz fiskal imkanlar çərçivəsində daha çox artımların həyata keçməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı gələn həftə başlanılacaq büdcə müzakirələrində də öz təkliflərimizi təklif edəcəyik. Hər iki istiqamətdə, pensiya və əmək haqqı artımları növbəti ildən reallaşmalıdır. Bu proses praktik olaraq yekunlaşmaq üzrədir. Artıq dekabrın sonuna doğru büdcə təsdiq olunacaq. Cənab Prezident tərəfindən növbəti ilin əvvəlində gözlənilən sərəncam imzalanacaq. Bütün növ əmək pensiyalarında artım olacaq. Bu, indeksləşdirmə əsasında artımdır. İndeksləşdirmə inflyasiyaya əsasən yox, orta aylıq artım faizinə əsasən həyata keçirilir. 2024-cü ildə orta aylıq əmək haqqı nə qədər artırılıbsa, pensiya da o qədər artırılacaq. Burada bütün növ əmək pensiyalarından söhbət gedir”.//modern 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Noyabr 2024 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri