Gələn il Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açılacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ildə Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açmağı planlaşdırırıq.
APA xəbər verir ki, bunu Xankəndi şəhərindəki Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışı zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O, eyni zamanda, həmin il üçün rəhbərlik etdiyi ali təhsil ocağının digər planlarından bəhs edib:
“2026-cı ildə həmçinin universitetin digər filiallarında İncəsənət və Turizm fakültələri də açılacaq. Bu o deməkdir ki, 2026-cı ildə ölkənin üç ayrı bölgəsində fakültələrimiz fəaliyyət göstərəcək. Bu da Qarabağ Universitetinin qlobal mobilliyin əsas aparıcı qüvvələrindən birinə çevrilməsində önəmli faktor olacaq”.

Emin Əmrullayev: Gələn il Qarabağ Universitetində yeni fakültə açılacaq
06 Fevral 2025 15:39
Qarabağ Universitetində yeni korpuslar açılacaq
01 Dekabr 2024 09:39
Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsi Xocalıda tədris olunacaq
14 Aprel 2025 10:25
Qarabağ Universitetində yeni korpuslar açılacaq KONKRET
30 Noyabr 2024 22:03

