Icma.az
close
up
RU
Gələn il üçün təhsilə ayrılan vəsait: hansı istiqamətlərdə daha çox ehtiyac var? TƏHLİL

Gələn il üçün təhsilə ayrılan vəsait: hansı istiqamətlərdə daha çox ehtiyac var? TƏHLİL

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb. Qeyd olunub ki, növbəti ildə təhsil xərclərinə 4946,1 milyon manat proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur.

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, 2025-ci ildə təhsilə ayrılan vəsaitlərin bölgüsü diqqət çəkir.

O qeyd edib ki, əsas istiqamətlər arasında ümumi təhsilə ayrılan vəsaitlər 2 milyard 347,6 milyon manat və ya 47,5%-lə liderlik edir:

“Bu, təhsil sisteminin təməli olan ümumi təhsilin prioritet olaraq maliyyələşdirildiyini göstərir. Ali təhsilə və dövlət sifarişi ilə ali təhsil maliyyələşməsinə 750,7 milyon manat ayrılması isə ümumi təhsilə nisbətən daha aşağı səviyyədədir. Həmçinin məktəbəqədər təhsilə ayrılan vəsaitin (467,4 milyon manat, 9,4%) daha çox artırılmasına ehtiyac var, çünki bu mərhələ uşaqların təhsilə hazırlaşmasında mühüm rol oynayır. Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan 1 milyard 79,3 milyon manat vəsait (21,8%) əhəmiyyətli dərəcədə yüksəkdir. Bu xərclərin şəffaflığı və effektivliyi xüsusi diqqət tələb edir, çünki bu kateqoriyada çoxsaylı fərqli layihələr və proqramlar əhatə olunur. 2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi üzrə maliyyələşmənin 24,5% artması, xüsusilə müsbət haldır. Bu artım ali təhsilin keyfiyyətini artırmaq, təhsil infrastrukturunu genişləndirmək və tələbələr üçün daha çox imkan yaratmaq baxımından əhəmiyyətlidir. Lakin peşə təhsili xərclərinin yalnız 6,6% artması bu sahəyə daha çox diqqət ayrılmasının vacibliyini göstərir. Çünki peşə təhsili iqtisadiyyatın müxtəlif sahələri üçün ixtisaslı kadrların hazırlanmasında əsas rol oynayır”.

Ekspert bildirdi ki, 2025-ci il üzrə artım tendensiyası müsbət olsa da, ayrılan vəsaitlərin effektiv istifadəsi və prioritetlərin düzgün müəyyənləşdirilməsi əsas şərtdir:

“Ayrılan 467,4 milyon manat məktəbəqədər təhsil sahəsində mövcud problemlərin həllinə kifayət etməyə bilər. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması və keyfiyyətinin yüksəldilməsi uşaqların təhsilə hazırlığını yaxşılaşdırar. Peşə təhsilinə ayrılan vəsaitin daha çox artırılması, iqtisadiyyatın müxtəlif sahələrinə ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Almaniya və İsveçrə kimi ölkələrdə peşə təhsili iqtisadi inkişafın əsasını təşkil edir və bu model Azərbaycanda tətbiq edilə bilər. Ali təhsilə ayrılan vəsaitin 750,7 milyon manat olması isə müsbət göstəricidir. Lakin bu vəsaitin universitetlərdə infrastrukturun təkmilləşdirilməsi, elmi tədqiqatların maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün daha effektiv istifadə edilməsinə ehtiyac var. Eyni zamanda, müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması və onların peşəkar inkişafı üçün daha çox vəsait ayrılmalıdır. Müəllim maaşlarının artırılması, onların motivasiyasını yüksəldər və təhsil keyfiyyətinə birbaşa təsir göstərər”.

Günay 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri