“Gələn il yanvarın 1 dən verilən güzəştin vaxtı bitir”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Bu layihədə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi o cümlədən Naxçıvan MR-də fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştlərin verilməsi və s. kimi təkliflər nəzərdə tutulub”.
“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Son həftələrdə müşahidə edirik ki, mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir, biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. Xüsusilə son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib. Belə ki, özəl sektorda 8 min manatadək əməkhaqqının vergidən azad olması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək özəl sektorda əmək müqavilələrinin sayı 471 min manat artaraq 1 milyonu ötüb. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla, özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10.6 milyard manata çatması proqnozlaşdırılır. Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir”, - deyə nazir bildirib.
Nuranə Daxilqızı
Baxış sayı:77
Bu xəbər 04 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















