Icma.az
close
up
RU
Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər? ARAŞDIRMA

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər? ARAŞDIRMA

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn il Azərbaycanda internetin keyfiyyətini və sürətini artırmaq üçün konkret addımlar planlaşdırılır. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə internet provayderləri arasında keçirilmiş son görüş göstərir ki, bu istiqamətdə texniki baza formalaşsa da, real istifadəçi təcrübəsinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün hələ də kompleks və sistemli addımlara ehtiyac var.

Maraqlıdır, yeni ildən internetin keyfiyyətinin və sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Konkret hədəflər müəyyənləşdirilib

İKTA ilə internet provayderlər arasında baş tutan görüşdə internetin sürətinə təsir edən amillər, beynəlxalq təcrübə geniş şəkildə müzakirə olunub. Planlara magistral və "backhaul" xətlərin modernizasiyası daxildir ki, bu da artan trafik fonunda sürət azalmasının və gecikmələrin qarşısını almağa yönəlib. Eyni zamanda evdaxili Wi-Fi sistemlərinin optimallaşdırılması, köhnə modemlərin əvəz edilməsi və "Wi-Fi 6" standartının tətbiqi istifadəçilərin real sürət əldə etməsinə imkan verəcək. Marşrutlanmanın və beynəlxalq çıxışların təkmilləşdirilməsi internetin daha stabil işləməsinə töhfə verəcək, CDN-lərin ölkə daxilində yerləşdirilməsi isə videoların və onlayn kontentin daha sürətli açılmasını təmin edəcək. Pik saatlarda şəbəkə yüklənməsinin balanslaşdırılması, XGS-PON texnologiyalarına keçid və istifadəçilərin maarifləndirilməsi də kompleks planın vacib hissələrini təşkil edir.

Mütəxəssislərin fikrincə, bu addımlar sistemli şəkildə həyata keçirilərsə, gecikmələr azalacaq, istifadəçi təcrübəsi yaxşılaşacaq və ölkədə internet xidmətləri mərhələli şəkildə daha yüksək keyfiyyət səviyyəsinə çatacaq.

150 Mbit/s zərurətə çevrilib

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, qlobal yanaşmada bir çox ölkədə internetin minimal sürəti tənzimləyici qurumlar tərəfindən müəyyən edilir və bu, artıq beynəlxalq praktikada qəbul olunmuş reallıqdır. Onun sözlərinə görə, Azərbaycanda bu məsələ hələ rəsmi şəkildə tənzimləyici tərəfindən təsdiqlənməsə də, faktiki vəziyyət göstərir ki, ölkə üzrə internetin alt limiti 100 Mbit/s səviyyəsində formalaşıb.

Ekspert vurğulayıb ki, internetin keyfiyyəti məsələsinə müasir texnoloji reallıqlar fonunda yanaşmaq lazımdır: "Bu gün dünyada məzmun getdikcə daha yüksəkkeyfiyyətli olur, videolar və vizual materiallar daha böyük həcm tələb edir. Məhz bu baxımdan 150 Mbit/s və daha yüksəksürətli internet artıq arzuolunan deyil, zəruri hala çevrilib".

Onun fikrincə, hazırda videozənglərin HD, "Full HD", hətta 4K və 8K formatlarda aparılması, filmlərin 4K keyfiyyətində izlənməsi geniş yayılıb və bu imkanlardan rahat istifadə üçün 100-150 Mbit/s-dən yuxarı sürət tələb olunur. Bu tələblər təkcə əyləncə deyil, eyni zamanda uzaqdan təhsil və onlayn iş sistemləri üçün də vacibdir.

Mütəxəssis bildirib ki, internet istifadəsi yalnız bir cihaz və ya bir istifadə ssenarisi ilə məhdudlaşmır: "Ev təsərrüfatlarında internet modem vasitəsilə bir neçə cihaz arasında bölünür və nəticədə hər bir cihazın istifadə etdiyi real sürət azalır. Bu baxımdan, alt limitin aşağı olması ümumi istifadə keyfiyyətinə birbaşa təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq, beynəlxalq standartlara uyğun internetin minimal sürətinin müəyyən edilməsi artıq qaçılmazdır".

Həm keyfiyyətdə, həm də qiymətdə dəyişiklik ola bilər

E.Abbasovun qənaətinə görə, növbəti ildən etibarən bu yanaşma Azərbaycanda da aktuallaşa və 2026-cı ildə internetin alt limitinin 150 Mbit/s səviyyəsində tənzimlənməsi gündəmə gələ bilər. Onun sözlərinə görə, vətəndaş üçün əsas meyar texniki detallardan daha çox büdcə məsələsidir. Daha keyfiyyətli internetin qiymət artımına səbəb ola biləcəyi ehtimalı mövcud olsa da, arzuolunan variant qiymət dəyişmədən keyfiyyətin yüksəldilməsidir. Bununla belə, ekspert xatırladıb ki, provayderlər kommersiya qurumlarıdır və daha yüksəkkeyfiyyətli xidmətin müəyyən qədər baha olması iqtisadi baxımdan qaçılmazdır. Ekspertin fikrincə, həm internetin keyfiyyətində, həm də qiymətində cüzi dəyişikliklər 2026-cı il üçün aktual mövzulardan birinə çevrilə bilər.

Qanunvericilik bazası köhnəlib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini Qalib Qurbanov deyib ki, hazırda internet sahəsini tənzimləyən vahid və sistemli normativ sənəd mövcud deyil. Onun sözlərinə görə, internet xidmətləri üzrə standartlar müəyyənləşdirilməyib və agentliyin fəaliyyətini tam təmin edəcək müvafiq normativ-hüquqi baza formalaşmayıb.

Ekspert qeyd edib ki, "Telekommunikasiya haqqında" mövcud qanun 2006-cı ildə qəbul olunub və sonrakı dövrdə texnologiyaların sürətli inkişafı, yeni çağırışların meydana çıxması bu qanunu faktiki olaraq köhnəldib. Hazırda yeni qanun layihəsi üzərində iş aparılsa da, proses ləng gedir. Məhz bu gecikmə agentliyin fəaliyyətini lazımi səviyyədə təşkil etməsini məhdudlaşdırır. Normativ boşluqlar isə internet xidmətlərinin keyfiyyət göstəricilərinə birbaşa təsir edir.

Ekspert hesab edir ki, mövcud problemlərin həlli üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir.

Problem daha çox modem və Wi-Fi avadanlıqlarından qaynaqlanır

İKT üzrə mütəxəssis Vahid Qasımov hesab edir ki, hazırda Azərbaycanda stasionar internetin sürəti və texniki imkanları ciddi problem hesab edilmir:

"Optik kabellər üzərindən ötürülən internetdə minimum sürət 100 Mbps-ə qədər artırılıb və istifadəçi bu sürəti əldə edə bilmirsə, səbəb çox vaxt provayderdən deyil, modem və Wi-Fi avadanlıqlarından qaynaqlanır. İnternetdə baş verən qısamüddətli qırılmalar isə əsasən fors-major hallarla, avadanlıq nasazlığı, xəttin zədələnməsi və elektrik kəsintiləri ilə bağlıdır. Burada əsas məsələ bu problemlərin operativ şəkildə aradan qaldırılmasıdır və provayderlər bunun üçün effektiv texniki xidmət göstərməlidirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri