Icma.az
close
up
RU
Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq Açıqlama

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq Açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Smartfonlarda illər əvvəl geniş istifadə olunan çıxarıla bilən batareyalar yenidən gündəmə gəlir. Avropa İttifaqının yeni tələblərinə əsasən, 2027-ci ilin fevralından etibarən mobil telefonların batareyalarının istifadəçi tərəfindən daha asan dəyişdirilməsi mümkün olmalıdır. Bu isə gələcəkdə telefonlarda əvvəlki kimi çıxarıla bilən və dəyişdirilə bilən batareyaların istifadəsinə yol aça bilər.
Çıxarıla bilən və dəyişdirilə bilən batareyaların smartfonlara geri qayıtması istifadəçilər üçün hansı üstünlükləri və yenilikləri gətirəcək?
Texnoloq Elvin Həsənov Demokrat.az-a bildirib ki, dəyişdirilə bilən batareyaların geri qayıtması smartfon istifadəçiləri üçün kifayət qədər ciddi üstünlüklər yarada bilər:

“Burada əsas məsələ əvvəlki telefonlardakı kimi arxa qapağı açıb batareyanı bir neçə saniyəyə çıxarmaq deyil. Avropa İttifaqının tələbi daha çox 18 fevral 2027-ci ildən etibarən portativ batareyaların istifadəçi tərəfindən adi alətlərlə, xüsusi servis avadanlığına və s. ehtiyac olmadan daha rahat dəyişdirilə bilməsidir. Əlbəttə ki, bu dəyişiklik istifadəçi üçün ilk növbədə telefonun ömrünün uzanması deməkdir. Çünki smartfonda ən tez köhnələn hissələrdən biri batareyadır. Bir neçə ildən sonra cihazın prosessoru, kamerası və ekranı normal işləyə bilər, amma batareya artıq gün ərzində enerji saxlamır. Hazırda belə vəziyyətdə istifadəçi çox vaxt servisə getməli, telefonun açılmasını gözləməli və əlavə xərc çəkməli olur. Yeni yanaşma geniş tətbiq olunsa, sadəcə batareyanı dəyişib eyni telefonu daha bir neçə il istifadə etmək daha asan olacaq. Məncə, burada ən böyük qazanc odur ki, batareyanın zəifləməsi artıq “telefon köhnəldi, yenisini almaq lazımdır” düşüncəsini müəyyən qədər dəyişəcək. Telefonun özü normal işləyirsə, yalnız bir detalın köhnəlməsinə görə bütöv cihazı dəyişmək həm istifadəçi üçün xərcdir, həm də elektron tullantını artırır. Avropa qaydalarının məqsədlərindən biri də məhz məhsulların vaxtından əvvəl istifadədən çıxmasının qarşısını almaq və batareyaların daha rahat toplanmasını təmin etməkdir”.
Elvin Həsənov başqa bir maraqlı tərəfin ehtiyat batareya məsələsi olduğunu qeyd edib:
“Əgər istehsalçılar konstruksiyanı buna uyğun qursalar, gələcəkdə səfərə gedən və ya gün ərzində telefondan çox intensiv istifadə edən şəxsin əlavə batareya daşıması yenidən mümkün ola bilər. Bu, müəyyən istifadəçilər üçün “powerbank”dan daha rahat seçimə çevrilə bilər. Amma bütün modellərin mütləq əvvəlki telefonlar kimi qapağı açılan formada olacağını gözləmək düzgün olmaz. İstehsalçılar həm nazik dizaynı, həm suya davamlılığı, həm də batareyanın asan dəyişdirilməsini birlikdə təmin edən yeni konstruksiyalar hazırlaya bilərlər. İstifadəçi baxımından bu yanaşmada təhlükəsizlik məsələsi də vacibdir. Batareya adi aksessuar deyil. Yəni səhv quraşdırıldıqda və ya keyfiyyətsiz batareya istifadə edildikdə qızma, şişmə və hətta yanğın riski yarana bilər. Ona görə də dəyişdirilə bilən sistemlərin geri qayıtması ilə yanaşı, sertifikatlaşdırılmış batareyaların istifadəsi və istehsalçının dəyişdirmə qaydalarına əməl olunması da önəmli olacaq”.
Məsələ ilə bağlı saytımıza danışan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev Avropa İttifaqının bu qərarı texnoloji dünyada düzləndirilmiş istehsalat və istifadəçi hüquqları baxımından böyük bir dönüş nöqtəsi olduğunu vurğulayıb: 

“Çıxarıla bilən batareyaların smartfonlara geri qayıtması təkcə texniki bir dəyişiklik deyil, həm də istehlak mədəniyyətini dəyişdirəcək bir addımdır. Bu dəyişiklik istifadəçilər üçün bir sıra üstünlüklər və yeniliklər gətirəcək. Hazırda smartfonların əsas “ölüm səbəbi” batareyanın zamanla tutumunun azalmasıdır. Batareya çıxarıla bilən olduqda, istifadəçi bütün telefonu dəyişmək əvəzinə, cəmi bir neçə avroya yeni batareya alaraq cihazın ömrünü 3-4 il daha uzada bilər. Cihazın yenilənmə dövrünün uzanması istifadəçinin hər 2 ildən bir yeni telefon almaq məcburiyyətini aradan qaldırır və bu, uzunmüddətli iqtisadi qənaət deməkdir. Bununla yanaşı, batareyanın dəyişdirilməsi üçün cihazın açılması, yapışdırılmış hissələrin sökülməsi və riskli proseslər aradan qalxacaq. Bu, təmir xərclərini azaldacaq və təmir prosesini daha sürətli edəcək. İstifadəçi heç bir xüsusi avadanlıq və ya mütəxəssis olmadan, bir neçə saniyə ərzində batareyanı özü dəyişə biləcək. Bu, texnologiyanın “sahibi” olmaq hissini geri qaytarır”.
Mütəxəssis bildirib ki, insanlar batareyası zəiflədiyi üçün bütün telefonu atırlar:
“Çıxarıla bilən batareyalar bu problemin kəskin azalmasına və resursların daha səmərəli istifadəsinə xidmət edəcək. Batareyanın asan dəyişdirilməsi cihazın ümumi karbon izini azaldacaq. Texnoloji yeniliklər və funksionallıq tərəfdən baxsaq, çıxarıla bilən batareyalar istifadəçiyə “enerji narahatlığı”ndan qurtulmaq imkanı verəcək. Məsələn, səyahət zamanı telefonun enerjisi bitdikdə, doldurulmasını gözləmək əvəzinə, ehtiyat batareyanı dərhal taxıb istifadəyə davam etmək mümkün olacaq. İstehsalçılar batareyanın qalınlığı və tutumu ilə bağlı yeni dizayn həlləri tapa bilərlər. Bəlkə də gələcəkdə biz fərqli ehtiyaclar üçün məsələn, daha uzun işləyən və ya daha yüngül batareyaları, eyni telefona taxa biləcəyik. Bu keçid smartfonları istifadə et və at məhsulundan istifadə et və saxla məhsuluna çevirəcək. İstifadəçilər üçün bu, daha çox sərbəstlik, daha az xərc və daha uzunömürlü cihazlar deməkdir”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri