Icma.az
close
up
RU
Gələn ilə gözlənilən maaşların cüzi artımını inflyasiya yeyəcək

Gələn ilə gözlənilən maaşların cüzi artımını inflyasiya yeyəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Qarşıdakı 1 ildə Azərbaycanda orta aylıq əmək haqqı cəmi 72 manat artacaq.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərindən məlum olur.

Açıqlamada bildirilir ki, 2026-cı ilin sonunda Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Statistika Komitəsi ölkədəki orta aylıq əmək haqqının məbləğini açıqlayıb. Məlumata görə, bu rəqəm 1098,1 min manat təşkil edir. Başqa sözlə, 2025-ci ilin sonu və 2026-cı il ərzində orta aylıq əmək haqqının indiyindən cəmi 72 manat artıq olması gözlənilir. Bu maaşların illik cəmi 6,6% artması deməkdir. Amma bu artımın böyük hissəsini inflyasiya «yeyəcək» - hökumətin proqnozuna görə, 2026-da ölkə üzrə qiymət artımı 4,8% gözlənilir. Bunu nəzərə alanda maaşların real artımı cəmi 1,8% olacaq.

Qarşıdakı illərdə də maaş artımı güclü olmayacaq.

Belə ki, hökumətin proqnozlarına görə, 2027-ci ildə orta maaş 1 246,8 manat olacaq, bu 2026 ilə müqayisədə 76 manat və ya 6,5% artıqdır. 2027 üçün inflyasiya proqnozu 4,5% gözlənilir, yəni maaşların real artımı isə 2% olacaq.

2028-ci ildə orta əmək haqqının 1 327,6 manat olacağı, yəni 2027-ci ildəkindən 81 manat, yəni 6,5% artıq olması gözlənilir. Həmin il üzrə 4,3%lik inflyasiya proqnozunu nəzərə alanda real maaş artımı 2,2% təşkil edəcək.

2029-cu ildə isə orta maaş 1 411,8 manat gözlənilir. Bu əvvəlki ildən 84,2 manat və ya 6,3% artıqdır. Bu artımın da 4,2%-i qiymət artımı ilə əriyəcək.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.(fed.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri