Icma.az
close
up
RU
Gələn ilin bu ayında cəmi 14 gün iş olacaq 17 gün evdəyik

Gələn ilin bu ayında cəmi 14 gün iş olacaq 17 gün evdəyik

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin mart ayı Azərbaycan vətəndaşları üçün son illərin ən uzun tətil günləri olacaq. Bu, gələn ilin Novruz və Ramazan bayramlarının eyni günlərə təsadüf etməsi, üstəlik həftəsonları və kompensasiya edilən əlavə qeyri-iş günləri ilə bağlıdır.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin martında istirahət günlərinin sayı iş günlərindən daha çox olacaq.

Mart 31 gündür. Ondan 9-u şənbə-bazara təsadüf edir. Həmin ayın 1, 7, 8, 14, 15, 21, 22, 28, 29 istirahət günləridir.

Martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Gələn ilin martin 8-i bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü istirahət olacaq. Yəni martın 9-da iş yoxdur.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinə görə, bayram günləri şənbə-bazara düşərsə, növbəti iş günləri tətil günü sayılır. Martın 21-i şənbə, 22-si bazar olduğuna görə, Novruzla bağlı əlavə istirahət günləri 25 və 26 mart tarixlərində olacaq.

Ramazan bayramı da eyni tarixlərə - 20 və 21 mart günlərinə təsadüf etdiyindən, üst-üstə düşən qeyri-iş günlərinə görə kompensasiya mexanizmi işə düşür və martın 27, 28, 29 və 30-u da qeyri-iş günü kimi müəyyən edilir. Beləliklə 11 gün ardıcıl - martın 20, 21, 22, 23, 24 25, 26, 27, 28, 29 və 30-u iş olmayacaq. 

İş martın 31-də başlayacaq.  

Nəticə olaraq, bütün bu bayramlar, kompensasiya edilən tətil günləri və həftəsonları birlikdə mart ayındakı iş günlərinin sayını cəmi 14-dür. Qeyri-iş günləri isə ümumilikdə (şənbə-bazarlar da daxil) 17 gün təşkil edəcək. 2026-cı ilin mart ayı həm təqvimdə, həm də istirahət baxımından yadda qalan aylardan biri olacaq.

Qeyd edək ki, 2025-ci ilin təqviminə əsasən, mart ayında 8 rəsmi qeyri-iş günü qeyd olunmuşdu. 8 Mart-Qadınlar Günü ənənəvi olaraq iş günü sayılmırdı. Ardınca 20-24 mart tarixləri Novruz bayramı münasibətilə ölkə üzrə qeyri-iş günləri elan edilmişdi. Ayın sonunda isə 30 və 31 mart Ramazan bayramına təsadüf etdiyindən həmin günlər də rəsmi istirahət günləri kimi müəyyən olunmuşdu.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri