Icma.az
close
up
RU
Gələn ilin dövlət büdcəsi ölkə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmağa hədəflənib ŞƏRH AZƏRTAC

Gələn ilin dövlət büdcəsi ölkə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmağa hədəflənib ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət büdcəsi ölkəmizin iqtisadi və sosial inkişafını təmin edən mühüm alət olaraq bizə gələcək hədəflərimizi reallaşdırmaq, cəmiyyətin rifah halını yaxşılaşdırmaq imkanı verir. 2025-ci ilin büdcəsi dövlətin strateji prioritetlərinə, sosial siyasətinə və iqtisadi inkişaf planlarına uyğun olaraq hazırlanıb. Büdcə Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək və ölkəmizdə daha güclü iqtisadiyyat yaratmaq üçün nəzərdə tutulan mühüm layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Bu, xüsusilə enerji, nəqliyyat və sənaye sahələrindəki infrastruktur layihələri ilə əlaqəlidir. İnfrastrukturun modernləşdirilməsi ölkə iqtisadiyyatının səmərəliliyini artırmaqla yanaşı, bölgələrarası balansı da gücləndirəcək. Belə ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində investisya xərclərinin 2,7 milyard nəzərdə tutulması qarşıdan gələn ildə də regionların balanslı inkişafı proqramlarının davam etdirilməsinə imkan verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, dövlət büdcəsinin müzakirələri zamanı regionlarda həlli gözlənilən bəzi məsələlər qaldırılıb. “Hesab edirəm ki, investisiya xərcləri üçün nəzərdə tutulmuş maliyyə təminatı həllini gözləyən müəyyən məsələlərin icra olunmasına imkan verəcək. Dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 4 milyard manatın nəzərdə tutulması Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirilməsini kömək edəcək. Ümumiyyətlə, 2025-ci il də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə ayrılan 23 milyard manatın xərclənməsi sayəsində 100 yaşayış məntəqəsinin yenidən qurulması və bərpası işləri həyata keçirilir, Bu da 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına yol açacaq.

“Dövlət büdcəsində sosial sahədə reallaşdırılması nəzərdə tutulan tədbirlər ölkə əhalisinin həyat şəraitini yaxşılaşdırmağa yönəlib. Büdcədə təhsil, səhiyyə, sosial müdafiə və əmək bazarının inkişafı üçün əlavə vəsaitlər ayrılıb. Gələcəkdə bu sahələrdə həyata keçiriləcək islahatlar gənc nəslin və yaşlıların daha yaxşı şəraitdə yaşamasını təmin edəcək. 2025-ci ilin dövlət büdcəsində 41 faiz sosial xərclərin nəzərdə tutulması büdcənin sosialyönümlü olduğunu göstərir. O cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan xərclərdə də artımlar proqnozlaşdırılır. Pensiyalar, təqaüdlər, işsizlik sığortası, sağlamlıq xidmətləri və sosial xidmət sahələrindəki layihələrin genişləndirilməsi hökumətin sosial bərabərliyi təmin etməklə bağlı iradəsinin göstəricisidir”, - deyə A.Badamov vurğulayıb.

Qeyd edilib ki, büdcədə əhalinin aztəminatlı təbəqəsinin, əlilliyi olan şəxslərin və pensiyaçıların da həyat şəraitinin yaxşılaşdırılması prioritet kimi qalmaqdadır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən sosial yardımlar və proqramlar bu qruplara daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.

Deputatın sözlərinə görə, ekoloji dayanıqlılıq və bərpa olunanenerji mənbələrinin inkişafı ölkəmizin prioritetləri sırasındadır. 2025-ci il büdcəsi çərçivəsində yaşıl enerji və ətraf mühitin qorunması sahələrində yeni layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu addımlar, həmçinin qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycanın beynəlxalq imicini gücləndirəcək. Belə ki, Azərbaycan dövləti 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin bərpaolunan enerji mənbələri ilə əvəzlənməsini hədəfləyir. Dövlət büdcəsində bu sahəyə maliyyənin ayrılmasına imkan verilməsi iqlim dəyişmələri ilə bağlı qlobal təşəbbüslərə töhfəmiz olacaq.

“Makroiqtisadi sabitliyin qorunub saxlanılması qarşıdan gələn ildə əsas vəzifələrimizdəndir. Dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın rəhbərinin verdiyi məlumata görə, ölkədə aparılan pul-kredit siyasəti 2025-ci ildə də inflyasiyanı minimum həddə saxlanmasına imkan verəcək. Bu da əhalinin pul gəlirlərinin dəyərinin qorunub saxlanılmasına və rifahına müsbət təsir göstərəcək. Büdcənin icrası zamanı maliyyə sabitliyinin qorunması və şəffaflığın artırılması məqsədilə güclü nəzarət mexanizmləri tətbiq ediləcək. Dövlət büdcəsinin səmərəli və şəffaf idarə edilməsi, resursların məqsədli şəkildə istifadə olunmasına zəmanət verəcək. Azərbaycanın 2025-ci il dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün möhkəm bir təməl olacaq və hər birimizi birgə uğurlu nəticələrə aparacaq”, - deyə A.Badamov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri