Icma.az
close
up
RU
Gələn ilin dövlət büdcəsindən hansı sahələrə daha çox VƏSAİT AYRILACAQ?

Gələn ilin dövlət büdcəsindən hansı sahələrə daha çox VƏSAİT AYRILACAQ?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Məlum olduğu kimi Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün Dövlət Büdcəsi zərfinin müzakirələri başlayacaq. İlkin olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılacaq.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
 

MÖVZU İLƏ BAĞLI:
Dollar yanvarda BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA


Bəs, 2025-ci ilin Dövlət Büdcəsi sosial, yoxsa iqtisadi yönümlü olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, 2025-ci ilin dövlət büdcəsində sosial xərclər öz ağırlığını qoruyub saxlayacaq:
“Beləki, büdcə vəsaitlərinin 45 faizə yaxını sosial xərclərə yönəldiləcək. Bu da o deməkdir ki, növbəti ildə büdcədən xərclənən hər 100 manatın 45 manatı sosial yönümlü olacaq. Eyni zamanda gələn il sosial təminat və sosial müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Növbəti ildə bu istiqamətə ayrılan vəsaitin həcmi 4 milyard 988 milyon manat olacaq. Bu da 2024-cü illə müqayisədə 14 faiz çoxdur.
Bu o anlama gəlir ki, gələn il sosial müdafiə və sosial təminat xərclərinə daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu da 2025-ci ildə sosial paketin dərinləşəcəyindən xəbər verir. Cənab Prezidentin tapşırığı ilə yanvar ayının 1-dən minimum əmək haqqı, minimum pensiyalar və eləcə də bütün əmək pensiyaların minimum həddinin artırılacağı gözlənilir. Beləcə növbəti ildə biz sosial sahəyə daha çox büdcə vəsaitinin ayrılacağını görəcəyik”.
Qarabağın bərpasına ayrılan xərclər də artırılacaq
Müsahibimiz onu da qeyd edib ki, növbəti ildə iqtisadi istiqamətlərə, o cümlədən də Qarabağ və Şərqi Zəngəzurun bərpasına da daha çox vəsaitin ayrılacağı gözlənilir:
“İlkin büdcə sənədində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 4 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərin bərpasının və məskunlaşmanın daha sürətlə aparılacağından xəbər verir. Ümumilikdə, həm təhlükəsizlik, həm iqtisadi, həm də bərpa istiqamətlərinə vəsaitlərin ayrılmasına baxmayaraq  2025-ci ilin Dövlət Büdcəsi sosial yönümlü büdcədir. Bu da o deməkdir ki, hökümət üçün 2025-ci ildə də sosial məsələlər prioritet olaraq qalacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri