Icma.az
close
up
RU
Gələn ilin dövlət büdcəsindən hərbiyə 8,4 milyard manat ayrılacaq

Gələn ilin dövlət büdcəsindən hərbiyə 8,4 milyard manat ayrılacaq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlətimizin başçısının qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb.

Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin noyabrın 25-də keçirilən iclasında deyib

O bildirib ki, 2025-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsində təklif olunan 41 milyard 367,7 milyon manat həcmində dövlət büdcəsi xərclərinin üçdə ikisi və yaxud 27 milyard 691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaqdır. O cümlədən, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyon manat həcmində və yaxud dövlət büdcəsi xərclərinin 9,7 faizində vəsaitin ayrılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bunun sayəsində müasir infrastruktur yaradılması, şəhər və kəndlərin yaşayış yerlərinin tikintisi ilə bağlı aparılan fasiləsiz işlərin davam etdirilməsi təmin olunacaq. Ölkəmizin hərbi potensialını gücləndirməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində və yaxud dövlət büdcəsi xərclərinin 20,3 faiz həcmində vəsait yönəldiləcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat və yaxud 17,8 səkkiz faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə 2 milyard 542 milyon manat və yaxud 43,4 faiz çoxdur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see148

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see143

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see138

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see135

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see130

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see127

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see126

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see125

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see123

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see123

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri