Gələn mövsüm 100 faiz çempionluğa oynaya bilərik Neftçi nin futbolçusu
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Araz-Naxçıvan”la oyun bizim üçün yaxşı keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik, intensivliyi artırdıq. Qış toplanışında da o, bizdən məhz bunu istəyirdi”.
QOL.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Andrey Ştoqrin Misli Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, “Neftçi”nin 4:0 hesablı qələbəsinin gözlənilməz olması fikrinə belə münasibət bildirib: “Məqsədimiz bu cür qələbələrin, nəticələrin adiləşməsidir. Çalışacağıq ki, növbəti matçlarda da bu cür qələbələrlə azarkeşlərimizi sevindirək”.
Ukraynalı futbolçu “Neftçi”nin hədəflərindən də danışıb: “Qarşımıza avrokuboklara yollanmaq vəzifəsi qoyulub. Hər şey öz əlimizdədir. Bacardığımız hər şeyi edəcəyik ki, hədəfə çataq. Buna doğru irəliləyirik”.
Ştoqrin qış fasiləsindən sonra “Neftçi”nin əsas heyətinə qayıdışına sevindiyini söyləyib: “Mövsümün əvvəlində əsas komandanın heyəti üçün sifariş edilməsəm də, fiziki formamı qorumağa çalışırdım. Həm fərdi məşq edirdim, həm də əvəzedici heyətlə birgə. Təbii ki, futbolsuz qalmaq məyusedici idi. Şansımı gözləyirdim. Çox sevinirəm ki, vəziyyət dəyişdi. Mənə inanan, yenidən şans verən hər hər kəsə minnətdaram”.
O, “Neftçi”nin yeni baş məşqçisi, həmyerlisi Yuri Vernidub barədə müsbət fikirlər səsləndirib: “Vernidub bizə inanır. Bu cür davam etsək, 100 faiz gələn mövsüm daha iddialı ola, çempionluq uğrunda mübarizə apara bilərik”.
“Neftçi”nin üzvü növbəti tur “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Qəbələ” yaxşı rəqibdir. Qış fasiləsindən sonra ardıcıl iki qələbə qazanıblar. Odur ki, bizi çox maraqlı oyun gözləyir. Hədəfimiz qələbə qazanmaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















