Gəlin qayınanasının ad günü hədiyyəsi ilə milyonçu oldu KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Avstraliyanın cənubundakı Moonta şəhərində yaşayan qadın heç gözləmədiyi şəkildə milyonçu olub.
KONKRET.az news24.az-a istinadən xəbər verir ki, ad günündə qayınana və qayınatasından aldığı hədiyyə ona 2,3 milyon avro qazandırıb.
“New York Post” qəzetindəki xəbərə görə, qadın bütün günü bayırda gününü qeyd edib, evə qayıtdıqdan bir neçə gün sonra hədiyyələrini açmağa qərar verəndə anlayıb ki, lotereya bileti üç gündür poçt qutusunda qalıb.
O, bileti yoxlamaq üçün lotereya ofisinə gedəndə həyatının şokunu yaşayıb. Əvvəlcə o, cəmi 20 avro qazandığını düşünsə də, cekpotun düz 2,3 milyon avro olduğunu görüb. Uduşlu bilet onun üçün unudulmaz ad günü hədiyyəsi olub.
Qəzet qadının adını açıqlamayıb. Qadı, “Belə böyük bir mükafat qazandığıma inana bilmədim. Bu, aldığım ən böyük hədiyyədir” deyərək, hisslərini bölüşüb.
Moontadan olan qadın qazandıqlarını necə xərcləyəcəyi ilə bağlı heç bir məlumat paylaşmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 05 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















