Icma.az
close
up
RU
Gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan XƏBƏR VAR

Gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan XƏBƏR VAR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki qərardan yenidən verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Bizim.Media xəbər verir ki, Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, məhkəmənin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, habelə məhkumun digər müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilib.
 

Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və ona əlavə təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.


Həmin qərardan məhkumun müdafiəçisi kassasiya şikayəti verib. Ali Məhkəmənin 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti İdris Məhərrəmovun öz ərizəsinə əsasən baxılmadan geri qaytarılıb.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin həmin 28 mart 2022-ci il tarixli qərarından müdafiəçi tərəfindən təkrar kassasiya şikayəti verilib.
Ali Məhkəmənin 23 avqust 2023-cü il tarixli qərarı ilə bu kassasiya şikayəti də məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılıb.
Daha sonra - 19 avqust 2025-ci il tarixdə İdris Məhərrəmovun müdafiəçisi yenidən kassasiya şikayəti verərək, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilməyib.
 

Bu qərardan narazı qalan məhkumun müdafiəçisi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, habelə Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edib.


Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə qənaətə gəlib ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
Qeyd: 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.
İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Yanvar 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see212

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see178

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see169

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see149

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see132

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri