Icma.az
close
up
RU
Gəlir vergisi artırılır: Yük kimlərin üzərinə düşəcək?

Gəlir vergisi artırılır: Yük kimlərin üzərinə düşəcək?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

2026-cı ildən Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ciddi şəkildə artacağı proqnozlaşdırılır. Rəsmi hesablamalara görə, dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatının məhz gəlir vergisinin payına düşəcəyi gözlənilir.

Bu isə 2025-ci illə müqayisədə 29,05 faiz çoxdur. Başqa sözlə, bu il vətəndaşlardan gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq.

Məsələyə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Metbuat.az-a bildirib ki, gəlir vergisi ilə bağlı güzəşt davam etdirilsə də, əvvəlki kimi olmayacaq:

“Bu isə o deməkdir ki, vergi yükünün bir hissəsi birmənalı şəkildə vətəndaşların üzərinə düşəcək. Maaşlar artmasa, vergilərin çoxalması nəticəsində insanların əlində daha az vəsait qalacaq. Digər tərəfdən, sahibkarlar işçilərin narazılığının qarşısını almaq üçün maaşları artırmağa məcbur ola bilərlər ki, bu da onların üzərinə əlavə maliyyə yükü qoyacaq. Nəticədə bəzi sahibkarlar xərcləri azaltmaq üçün iş yerlərini ixtisar edə, yaxud da maaşları yenidən qeyri-rəsmi şəkildə, qara mühasibatlıq yolu ilə verməyə başlaya bilərlər. Bu ehtimalların hər biri iqtisadiyyata mənfi təsir göstərə bilər. Bu kimi halların qarşısının alınması üçün daha sistemli tədbirlərə ehtiyac var”.

Məsələyə Milli Məclisdə də münasibət bildirilib. Deputat Vüqar Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərək qeyd edib ki, 2019-cu ildə tətbiq edilən güzəşt özəl sektorun inkişafına, məşğulluğun leqallaşmasına və əmək müqavilələrinin artmasına şərait yaratmışdı. Onun fikrincə, güzəştin bitməsi yeni risklər yaradır:
“Əgər güzəşt müddəti başa çatırsa və yeni vergi dərəcələri müəyyənləşdirilirsə, bu, kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmamalıdır. Daha aşağı vergi dərəcələrinin tətbiqi və onların mərhələli şəkildə artırılması mexanizmi nəzərə alınmalıdır. Bu halda özəl sektor üçün əlavə yük yaranmaz”.

İqtisadçı ekspertlərin fikrincə, 7 illik güzəşt dövrünün başa çatması həm vətəndaşların, həm də şirkətlərin vergi yükünü artıracaq. Əgər indiyədək məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirdilərsə, artıq özəl sektorda çalışan əməkdaşlar da eyni qaydada vergi ödəməli olacaqlar. Güzəşt dövründə vətəndaşların və şirkətlərin vergi yükü təqribən 7-8 faiz azalmışdısa, indi bu yük əvvəlki vəziyyətə bərpa olunacaq.

Ekspertlər hesab edirlər ki, pensiya fonduna ödənilən 10 faiz payın 3 faizə enməsi şəxsi pensiya yığımlarını da azaldacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da əmək bazarında müəyyən dəyişikliklərə gətirib çıxara bilər.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri