Icma.az
close
up
RU
Gəlirin beş misli qədər kredit limiti: Bu, nəyi dəyişəcək?

Gəlirin beş misli qədər kredit limiti: Bu, nəyi dəyişəcək?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırılıb. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum beş misli qədər olacaq. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bəs bu qərar vətəndaşlara, banklara necə təsir edəcək?

Maliyyə məsələləri üzrə konsultant, Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının baş müəllimi Elmin Nemətlinin sözlərinə görə, istehlak kreditləri istər bank aktivlərinin, istərsə də bankların kredit portfelinin mühüm hissəsini təşkil edir: "30 iyun 2025-ci il tarixinə istehlak kreditlərinin (ipoteka kreditləri istisna olmaqla) ümumi həcmi 8 milyard 898 milyon təşkil edib ki, bu da icmal bank aktivlərinin 15.7 faizi deməkdir. Müvafiq göstəricilər 2024-cü il 30 iyun tarixinə 7 milyard 634 milyon manat və 15.2 faiz təşkil edib. İstehlak kreditlərinin həcmi təkcə son altı ayda 453.30 milyon manat artıb. Bu göstərici son bir ildə 1 milyard 264 milyon, son beş ildə isə 4 milyard 958 milyon manat təşkil edib. Azərbaycanda hazırda 2 118 498 ədəd kredit kartı mövcuddur. Beş il əvvəl bu rəqəm 1 203 158 ədəd idi. Hər yeni kredit kartı vətəndaşa verilən yeni kredit limiti deməkdir”.

Maliyyə konsultantı bildirdi ki, istehlak kreditlərinin həcminin qeyri-adekvat böyüməsi əhalinin qeyri-sağlam maliyyə yükünü artırır. Bu, eyni zamanda bankların kapital mövqeyinin zəifləməsinə də gətirib çıxara bilər: "Banklar ayda bir dəfədən az olmayaraq aktivlərini təsnifləşdirməli və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar ayırmalıdırlar. Bu baxımdan, vaxtı keçmiş kreditlər artdıqca banklar da əlavə ehtiyat ayırmağa məcbur olur. Bu isə bankların mənfəətinə və kapital mövqeyinə mənfi təsir göstərir. İstehlak yönümlü borclanmanın artması inflyasiyanı qidalandıra bilər”.

E.Nemətlinin fikrincə, Mərkəzi Bankın yeni qaydaları hər bir bankın özünə aid müvafiq kapital göstəricisinə uyğun istehlak krediti xətləri açmasına gətirib çıxaracaq. Daha yüksək kapital göstəricisinə malik olan bank daha böyük həcmdə kredit xətti açmaq imkanında olacaq.

Ekspert bildirdi ki, məhdudiyyətlərin olmaması bankların yüksək gəlir əldə etmək məqsədilə vətəndaşa ödəmə qabiliyyətindən daha yüksək məbləğdə kredit (o cümlədən kredit limiti) verməsinə imkan yaradırdı: "Qeyri-işlək kreditlərin (90 gündən artıq gecikmə) istehlak kreditlərinin nisbətinə diqqət yetirsək, son bir ildə bu göstəricinin 3 faizdən 3.6 faizə yüksəldiyini görə bilərik. Qeyri-işlək istehlak kreditləri 30 iyun 2024-cü il tarixinə 226.3 milyon, 1 il sonra isə 321 milyon təşkil edib”. 

E.Nemətli deyir ki, problemli kreditlərin azalması fonunda bankların gözlənilən mümkün zərərlər üçün xüsusi ehtiyat ayırmaları azalacaq. Sözügedən aktivlərin azalması bankların həmin kreditlərin bərpası üçün sərf etdiyi resurslara qənaət etməsinə gətirib çıxaracaq: "Bu, mənfəətliyə müsbət təsir edəcək. Problemli kreditlərin azalması bankların kapital mövqeyində bu və ya digər dərəcədə güclənməyə gətirib çıxaracaq”. 

Maliyyəçinin fikrincə, qərarın effektiv olması üçün maarifləndirmə də lazımdır: "Dəyişiklik xüsusilə də yüksək məbləğdə istehlak krediti xətti əldə etmək istəyən müştərilərin sayını məhdudlaşdıracaq. Yüksək limitli kredit kartları vasitəsilə gərəksiz xərclərin nisbətən azalacağını da ehtimal edə bilərik. Digər maarifləndirici üsullar vasitəsilə də vətəndaşların borc yükü və şəxsi büdcə planlaşdırması barədə savadlı-lığının artırılması yönündə davamlı çalışmalar həyata keçirilməlidir. Çünki potensial borcalan xalis gəlirinin beş mislinə qədər olan borclanma perspektivini də düşünməli və məsuliyyətini dərk etməlidir. Gəlirə uyğun xərcləmə prinsipi və qənaət vərdişləri vətəndaşın özündə formalaşmadığı müddətcə digər məhdudlaşdırıcı alətlər yüz faizli nəticə göstərməyəcək”.

İqtisadçı Eldəniz Əmirov da düşünür ki, istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsinə ehtiyac var idi: "Çünki 2021-2025-ci illər ərzində istehlak kreditləri 90,5 faiz artaraq 8,6 milyard manata çatıb. Problemli kreditlərin də əsas hissəsi məhz istehlak kreditləridir. İstehlak kreditlərinin son illərdə sürətlə artması və onların problemli kreditlərin içərisində yüksək paya sahib olması maliyyə dayanıqlılığı üçün risk yaradır. Mərkəzi bank həm bankların dayanıqlılığını qorumaq, həm də əhalinin borc yükünü optimallaşdırmaq məqsədilə belə bir addım atıb. İnsanlar öz maliyyə güclərini doğru qiymətləndirə bilmirlər. Beləliklə, qarşılaya bilməyəcəkləri maliyyə yükü altına girirlər”.

E.Əmirovun sözlərinə görə, istehlak kreditlərinin böyük hissəsi kredit kartları üzərindən baş verir. Dəyişiklik vətəndaşları düşünülmüş maliyyə qərarları verməyə sövq edəcək: "Bu qərar bankların mənfəətini azalda bilər. Çünki banklar kredit verərək mənfəət əldə edirlər. Amma müsbət tərəfi odur ki, birbaşa daha şəffaf və riski aşağı maliyyə mexanizmləri yaranacaq. Eyni zamanda, problemli kreditlərin həcmini azaldacaq. Əgər banklara minlərlə insanın borcu varsa, bu, onlar üçün problem deməkdir. Belə bankların sayının çox olması ölkə iqtisadiyyatı üçün də problemlər yaradır. Ona görə də bu, yerində atılmış addımdır”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Avqust 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see224

“Tramp Putini dayandıra biləcək yeganə şəxsdir” Zelenski

22 Avqust 2025 20:24see130

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see129

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see125

Qarpızı necə kəsmək lazımdır? İndiyə kimi səhv edirmişik

22 Avqust 2025 09:54see124

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see123

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see122

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see121

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see120

Manaf Ağayevin illər ərzində cavanlaşması diqqət çəkdi VİDEO

22 Avqust 2025 16:06see119

Aİ Ukrayna üçün 4 milyarddan çox vəsait ayırdı

22 Avqust 2025 17:48see119

Şakiradan fırıldaqçılıq: Himndən əldə olunan pullar mənimsənilib?

22 Avqust 2025 05:01see119

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see118

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

22 Avqust 2025 18:15see118

Qars İğdır Dilucu dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək Deputat

22 Avqust 2025 16:31see116

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see115

Ali Baş Komandanın Kolatağ və Vəngliyə səfəri Böyük Qayıdışın sevinc anları

22 Avqust 2025 18:27see115

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see115

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see114

Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23 Avqust 2025 00:11see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri