Icma.az
close
up
RU
Gənc ailələr buna görə dağılırmış HƏYƏCAN ANONSU KONKRET

Gənc ailələr buna görə dağılırmış HƏYƏCAN ANONSU KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda son illərdə ailə institutunda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistikaya əsasən, ölkədə evlənənlərin sayı azalmağa, boşanmaların sayı isə artmağa davam edir. Bu tendensiya həm cəmiyyətdə ailə münasibətlərinə yanaşmanın dəyişməsi, həm də iqtisadi və sosial faktorlarla əlaqələndirilir.

Gənclərin ailə qurmağa marağının azalması, maddi çətinliklər, müasir həyat tərzinin yaratdığı təzyiqlər və sosial norma dəyişikliyi bu göstəricilərin əsas səbəbləri arasında göstərilir. Məsələ yalnız fərdlərin şəxsi həyatına deyil, bütövlükdə cəmiyyətin sosial və demoqrafik strukturuna da təsir edir.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah”la məsələni müzakirə edən psixoloq Kənan Rəhimov öz fikirlərini oxucularımızla bölüşüb. Ekspert problemin kökündəki əsas səbəbin nə olduğuna da toxunub:

“İki insan ailə qurursa, burada ilk olaraq, motivlər araşdırılmalıdır. Motivlər cəmiyyətdə xaotik idarə olunur. İnsanların ailə qurmaqda bir neçə səbəbi ola bilər. Bura iqtisadi cəhətdən ictimai qınaqdan qaçmaq niyyətinə qədər səbəbləri sadalamaq olar. Çoxları ailə qurmağın məsuliyyətini dərk etmədən bu yola çıxmaq qərarına gəlir. Dünya praktikası da göstərir ki, yetkin insanlar evlənmədən əvvəl ailə qurmağı hüquqi, sosial, iqtisadi sferadan araşdırmalı, məişət problemləri yarananda belə situasiyalardakı həll etmə yollarına nəzər salmalıdır. Cütlüklər arasında psixoloji uyğunsuzluq olub-olmadığını öncədən müəyyənləşdirmək lazımdır. Bu uyum yoxdursa, ailə münasibətlərinə zərbə vuracaq qədər böyük problemlər ortaya çıxır.

İnsanlar ünsiyyət qurmağı praktik bacarıq formasında heç bir yerdə öyrənmirlər. Orta məktəb daha çox fənləri öyrədilməsinə fokuslanır. Amma bütün bunlar insanların ünsiyyət bacarıqlarını artırmır Çünki burada müəyyən basqı var. Şagirdlər 6 saat ərzində danışmamalıdırlar. Belə olduqda isə, insan özünü təzyiq altında hiss edir və ünsiyyət qurmaqdan çox qurmamağı öyrənir. Universitetdə də oxşar vəziyyətdir. Tələbələr məktəbdə öyrəndiklərini burada təkminləşdirməyə çalışır. Bununla da, ünsiyyət qurmaq üçün əlverişli şəraitləri olmur.

Beləliklə də, heç bir ünsiyyət bacarığı olmayan, yalnız ailə üzvləri ilə müəyyən ehtiyacları müqabilində ümumi təmasda olan insanları cəmiyyətə qazandırmış oluruq. Yeni insanlarla əlaqə yaratmaq, uzunmüddətli münasibətlər qurmağın ailə üzvləri ilə ünsiyyətdən fərqli mənada olduğunu dərk edə bilməyənlər çoxdur. Bu təbii ki, böyük bir problemdir. Ona görə də insanlar ailə münasibətlərində ciddi münaqişələr yaşayırlar”.

Psixoloq qeyd edib ki, bütün bunlarla yanaşı insanlar arasında şəxsiyyət pozğunluğu problemlərinə də tez-tez rast gəlinir:

“Bu, davranış pozuntusu da adlanır. Ünsiyyət qura bilməməkdən əmələ gəlir. Ailə münasibətlərində kommunikasiya və təfəkkür problemləri böyük münaqişələrin meydana çıxmasına şərait yaradır. Beləliklə, ailələrin dağılması qaçılmaz olur. Əksər boşanma qərarı verən şəxslərin ortaq problemi bir-birinə dözə bilməməkdən irəli gəlir. Boşanmaya gətirib çıxaran səbəb rəsmi nikahla əlaqəli deyil. Əsas məsələ iki insanın ünsiyyət bacarığı və davranışları ilə əlaqəlidir. İnsanlar özlərindən qaynaqlanan səbəbləri görə bilmədikləri üçün boşanmalar da artmağa davam edir. İkinci dəfə ailə qurmaq isə həm ictimai cəhətdən qınaq olduğu üçün yeni problemlər və basqılar ortaya çıxır. Eyni zamanda psixoloji cəhətdən stres yaşayan adam növbəti dəfə eyni faciəni yaşayacağını düşündüyü üçün ailə qurmaqdan çəkinir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri