Icma.az
close
up
RU
Gənc alim soydaşımızın Kanadada “xərçəng” savaşı

Gənc alim soydaşımızın Kanadada “xərçəng” savaşı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Belə bir fikir var ki, elmdə böyük kəşflərə daha çox gənc alimlər imza atırlar. Axı onlar enerjili, cəsarətli, kreativ olurlar. Eyni zamanda, elmdə təsadüfi heç nə olmur. Əvvəlki uğur və ənənələri də gözardı etmək olmaz və bu, əslində, qeyri-mümkündür. Bir sözlə, bütün sahələrdə, eləcə də elmdə gənclik və təcrübə əl-ələ verib çalışanda daha parlaq yeniliklər əldə edilir. Bundan qazanan isə insanlıq olur.

Kanadanın aparıcı universitetlərinin birində xərçəng xəstəliyinin tədqiqatı və müalicəsi ilə bağlı gərgin elmi araşdırmalar aparan 32 yaşlı həmyerlimiz Nazimdayaq Şeyxkərimlinin ümidverici uğurları da məhz bu amala xidmət edir. Arzu edək ki, tədqiqatçı həkim soydaşımız bəşəriyyətin bu ağır bəladan qurtulmasına nail olacaq ən görkəmli alimlərin cərgəsində yer alsın.

Nazimdayaq Şeyxkərimli 2010–2014-cü illərdə Toronto universitetində molekulyar tibbi genetika ixtisası üzrə bakalavr təhsili alıb. Sonra elə həmin ali təhsil ocağında molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb.

N.Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə nüfuzlu “NRC HL Holmes” mükafatına layiq görülüb. Yeri gəlmişkən, 2 ildən bir verilən, 200 min ABŞ dolları məbləğində olan bu yüksək ödül soydaşımıza bu sahədə elmi araşdırmalarını davam etdirməyə imkan verəcək.

Azərbaycanlı alim bundan əvvəl isə “Sony Tədqiqat Mərkəzi”, “MİTACS təqaüdü və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRİME) beyin əlaqələrinin xəritələnməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla, digər mükafatlara da layiq görülüb. Bütün bunlar ona dəlalət edir ki, dünyanın ən nüfuzlu alimləri gənc soydaşımızın bu sahədə yüksək nəticələr əldə edəcəyinə böyük ümid bəsləyirlər.

Bu günlərdə Kanada ilə telefon əlaqəsi saxlayaraq N.Şeykərimlidən “Xalq qəzeti” üçün eksklyüziv onlayn müsahibə aldıq. Qeyd etməyə dəyər ki, vaxtının az olmasına rəğmən, onun Bakıdan olan jurnalistin suallarına həvəslə cavablandırması bizi məmnun etməyə bilməzdi.

– Həkim, gəlin, söhbətimizə sizin Bakı Avropa Liyseyində oxuduğunuz günlərdən başlayaq...

– Həmin dövr həyatımın ən gözəl illəridir. Liseyin direktoru hörmətli Zülfiyyə xanım da, sinif rəhbərim Bahar Kərimova və fənn müəllimlərimiz də dərin biliklər almağımız üçün çox gözəl yaradıcı təhsil mühiti yaratmışdılar. Onlar çalışırdılar ki, biz dərslərə həvəslə, motivasiyalı yanaşaq və uğurlar qazanaq.

Hesab edirəm ki, böyük elmin etibarlı bünövrəsi hələ orta məktəb illərindən qoyulur. Bu barədə bəxtim gətirib ki, doğma Bakıda kifayət qədər dərin biliklər almışam. Mən həkim olmaq arzusundayam. Bunu dostlarım da, müəllimlərim də yaxşı bilirdilər və mənə hər cür mənəvi dəstək verirdilər.

– Liseyi bitirdikdən sonra niyə məhz Kanadada ali təhsil almağa üstünlük verdiniz? Axı orada təhsil haqqı xeyli yüksəkdir. Sizin ailənin də elə böyük maliyyə imkanları yoxdur...

– Liseyi 2009-cu ildə fərqlənmə attestatı ilə bitirdim. Dünyanın bir neçə ali təhsil ocağından qəbul dəvəti alsam da, tələb olunan təhsil haqqı ailəmizin maddi imkanları xaricində idi. Bir il gözləməli oldum. Amma növbəti il xaricdə təhsil almağım üçün real imkanlar yarandı.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə “2007-2014-cü illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunub. Həmin proqramda müəyyən edilmiş şərtlər daxilində mənim Kanadanın nüfuzlu Toronto Universitetində təhsil almağım mümkün oldu.

Fürsətdən istifadə edərək bir daha möhtərəm Prezidentimə biz gənclərə göstərdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Yeri gəlmişkən, dövlətimizin başçısına yazdığım minnətdarlıq məktubunda bu barədə ürəyimdən dilimə axan səmimi ürək sözlərimi qələmə almışam.

– Toronto Universitetində tədrisin təşkili və keyfiyyəti ilə bağlı gözləntiləriniz özünü doğrultdumu?

– Mən Toronto Universitetində 4 il ərzində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və magistr dərəcələri aldım. Bu universitet, həqiqətən, hazırda dünyanın ən mötəbər təhsil ocaqlarından sayılır. Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) elmi tədqiqatlarımı davam etdirirəm. Burada 2024-cü ilin aprelindən etibarən doktorantura sonrası (post-doc) elmi işçi kimi SBME professoru və Sintetik biologiya üzrə Kanada tədqiqatları kafedrasının rəhbəri, doktor Nozomu Yachinin rəhbərlik etdiyi laboratoriyada çalışıram.

Hazırda isə insan orqanizmindəki milyonlarla cüt zülalın qarşılıqlı təsirlərinin xəritələndirmək üçün genetik trixkodları işləyib hazırlanması ilə məşğulam. Bu sahədə araşdırmalar xərçəng xəstəliyinin effektli müalicəsi üçün açar rolunu oynaya bilər. Bu, nisbətən yeni və çox vacib istiqamətdir.

– Sizin məşğul olduğunuz sahə dünya tibb elminin diqqət mərkəzindədir. Bu çətin problemin uğurlu həlli yollarını dünyanın çox sayda görkəmli alimləri araşdırırlar. Onlarla elmi əlaqələriniz hansı səviyyədədir?

– Bu problem hazırda dünyanın bir çox elm mərkəzlərində öyrənilir. Mənim bu sahədəki qabaqcıl tədqiqatçıların daxil olduğu multidisiplinar qrupla, eləcə də Toronto Universitetindən doktor Daniel Şramek və doktor Mikko Taipale, Münxendəki Helmholtz Universitetindən doktor Əli Ərtürk, Juntendo Universitetindən doktor Etsuo Susaki (PhD, MD), Tokio Universitetindən Hiroki Ueda və digər mütəxəssislərlə əlaqələrim var.

Biz bu istiqamətdə əldə etdiyimiz bütün faydalı informasiyaları dərhal paylaşırıq. Bəşəriyyət bu gün tibb elmindən bu sahədə inqilabi uğurlar gözləyir. İnanın mənə, dünya elmi bu istiqamətdə bütün gücünü ortaya qoyub.

– Eşitmişəm ki, sizə ayrılan pul vəsaitinin bir hissəsini sizinlə bu sahədə əməkdaşlıq etmək istəyən alimlərə verməyə hazır olduğunuzu bildiribsiniz?

– Mən bizə ayrılan maddi vəsaitin təkcə bir hissəsini deyil, dörddə üçünü də verməyə hazır olduğumu söyləmişəm. Bir daha vurğulamaq istəyirəm. Bu gün Yer kürəsində milyonlarla insan xərçəng xəstəliyindən əziyyət çəkir. Onların arasında uşaq, yeniyetmə və gənclər də var. Bu insanların dərdlərinə çarə tapmaqdan şərəfli nə ola bilər?

– Siz artıq 15 ildir ki, Kanadadasınız. Oradakı təhsil və tədris sistemi ilə bağlı kifayət qədər məlumatlısınız. Azərbaycan elminin gələcəyini necə görürsünüz?

– Bu suala qısa cavab vermək çətindir. Gərək əhatəli cavab verəsən. Hələlik, yalnız onu deyə bilərəm ki, mən şəxsən daim Azərbaycan elminin gələcəyinə optimist yanaşıram.

Azərbaycanın Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Lütfü Zadəni kimi dünya şöhrətli görkəmli alimləri olub. Onların davamçıları yaranır və yaranacaq və soydaşlarımız elmdə bundan sonra da öz sözünü deyəcəklər. Azərbaycan xalqı yüksək intellektə malik olan xalqdır. Bizim uşaq, yeniyetmə və gənclərin ən çətin elmləri belə qavrama qabiliyyəti kifayət qədər yüksəkdir. Mən bununla hər zaman fəxr etmişəm.

– Nazimdayaq həkim, sonuncu sual. Bu gün Bakıda, Abşeronda günəşli bir gündür, hava da mülayimdir. Bəs orada hava necədir?

– Bir neçə gündür ki, buralarda hava çiskinlidir. Arabir yağış da yağır. Nə gizlədim, bəzən doğma Abşeron, Bakı, valideynlərim, dostlarım üçün çox darıxıram. Amma xahiş edirəm, bu barədə atama deməyin. Atam da, anam da çox həssas insanlardır. Tez-tez zəng edərək deyirlər ki, özünü soyuqdan qoru, rütubətdən qoru! Onların mənim barəmdə narahat olmalarını istəmirəm.

– Müsahibə üçün təşəkkür edirəm.

– Mən də sizə və kollektivinizə uğurlar arzu edirəm.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see361

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see268

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see266

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see262

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see259

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see256

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see255

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see247

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see246

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see246

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see246

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see240

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see233

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see232

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see231

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see223

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see218

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see206

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see193

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri