Icma.az
close
up
RU
Gənc alimin uğuru

Gənc alimin uğuru

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin əməkdaşı Sara Rəhimzadə növbəti uğura imza atıb. Onun müəllifi olduğu “Ağıllı Suvarma Texnologiyasının (SmAgTech) yaradılması” layihəsi uğurla yekunlaşıb. Sara Rəhimzadə Bakı Dövlət Universitetinin Fizika fakültəsində 2013-2017-ci illərdə bakalavr, 2017-2019-cu illərdə magistr təhsilini alıb, hal-hazırda doktoranturada təhsilini davam etdirir. O, 2022-ci ildə Azərbaycanda keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında “Sosial yönümlü texnologiylar” kateqoriyasında üçüncü yeri tutub və  həmin il Türkiyənin Samsun şəhərində keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında iştirak edib, 2023-cü ildə İstanbulda və 2024-cü ildə Antalyada keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında “Aqrar texnologiyalar” kateqoriyası üzrə üçüncü olub.

Sara Rəhimzadə 2024-cü ildə Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində Smart Agro technology layihəsi ilə qalib olub, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022, 2023 və 2024” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində qalib gəlmiş layihələrin komanda üzvü olub.

Haqqında danışacağımız “Ağıllı Suvarma Texnologiyasının (SmAgTech) yaradılması” layihəsi 2024-cü ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə keçirdiyi 5-ci qrant müsabiqəsində qalib gəlib. Həmin layihə çərçivəsində hazırlanmış cihaz və mobil tətbiq Bakı şəhəri Türkan qəsəbəsində yerləşən fərdi fermer sahələrində (kahı və kələm sahələrində) sınaqdan keçirilib.

Layihənin icrası zamanı mövcud sistemlərlə müqayisədə daha ucuz başa gələn, istifadəsi daha rahat olan avtomatik suvarma sistemi yaradılıb və təbliğ və təşviq vasitəsilə kənd təsərrüfatı ilə məşğul olan fərdi fermerlərə bu sistemin istifadəsi və tətbiq potensialı ilə bağlı məlumatlar verilib.

Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək, kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə uzaqdan idarə vasitəsilə əkin sahələrinin, tarlaların və istixanaların monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən, torpaq nəmliyinin, temperaturun, torpaqdakı duzlaşmanın və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkündür. Hazırlanmış qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb. Layihə çərçivəsində meliorasiya sahəsində bilik, bacarıq və təcrübəsi olan şəxslərlə müzakirələr aparılaraq sistemin təkmilləşdirilməsi üçün yeniləmələr edilib.

Layihə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə və Bakı Dövlət Universitetinin təşkilatı dəstəyi ilə həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri