Gənc futbolçulara şans verdiyimə görə sevinirəm Azər Bağırov
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının “Neftçi” klubu ilə 33-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"Mövsümün sonunda gənc futbolçulara şans verdiyimə görə sevinirəm. Bəlkə də Azərbaycan futbolunun gələcək simalar olacaqlar. Amma öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəlincə. Ümumi götürəndə futbolçularım mübarizə apardılar, bacardıqları ortaya qoydular. Hər birinə ayrıca təşəkkür edirəm. Mövsümü ümumi dəyərləndirdikdə isə 6 məğlubiyyətdən sonra komandanı qəbul etmək çox çətin idi. Nəzərə alsaq ki, 12 legioner artıq transfer olunmuşdu. Klubsuz olan yaxşı yerli oyunçu tapmaq da mümkün deyildi. Bütün bunlara rəğmən komandanı Premyer Liqada pley- offsuz saxladıq. Burada İdarə Heyətinin sədri Adil Vəliyevdən tutmuş hər kəsə təşəkkür edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 23 May 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















