Icma.az
close
up
RU
Gənc həkimin ölümü ilə bağlı müəmma... Astma xəstəsi olub?

Gənc həkimin ölümü ilə bağlı müəmma... Astma xəstəsi olub?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl gənc həkim Nurlana Əliyeva (Nəbibəyli) qəfil vəfat edib. Məlumata görə, o, yaşadığı evdə həyatını itirib. İlkin məlumatlarda Nurlana Əliyevanın Mərkəzi Dəmiryol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi qeyd olunur.

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, bəzi mənbələr ölümün intihar nəticəsində baş verdiyini iddia etsə də, bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.

Eyni zamanda, sosial şəbəkələrdə və bəzi məlumatlarda Nurlana Əliyevanın həkim olmadığı, hətta tibb diplomunun mövcud olmadığı ilə bağlı da iddialar yayılıb. Üstəlik, onun son vaxtlar psixoloji sarsıntı keçirdiyi, hətta ciddi problemləri olduğuna dair xəbərlər də yayılır. Digər bir məsələ isə onun müəmmalı ölümü ilə bağlı fikirlərin yayılmasıdır. 

Belə ki, N. Əliyevanın yaxın rəfiqəsi Mehriban Hüseynova mərhumla bağlı bəzi təfərrüatları açıqlayıb. O deyib ki, mərhumun bronxial astması olub və dekabrın 29-u gecə saatlarında halı qəfil pisləşib:

“Bildiyim qədər arıqlama üçün dərmanlar qəbul edirdi. Həmin vaxt da acqarına dərman qəbul etmişdi. Halı pisləşəndə evdə tək olub. Yoldaşı Bakıdan kənarda çalışır. Qızını çağırıb və onu yaxınlıqdakı “Medilux” Tibb Mərkəzinə aparıblar. Amma xəstəxana Nurlananı qəbul etməyib və onu Kliniki Tibbi Mərkəzə yönləndirib.

Xəstəxanaya yerləşdiriləndən sonra Nurlana atasına zəng edərək “Mənə baxmırlar, gəlin təcili məni buradan çıxarın”, - deyib. Boğulurmuş. Atası gəlib ki, qızımı görmək istəyirəm, məni yanına buraxın. Buraxmayıblar ki, olmaz, xəstəyə sistem köçürülür. 30-u səhər keçinib”.   

M.Hüseynova deyib ki, Nurlana Əliyeva öz əmisi oğlu ilə evli olub: “42 yaşı vardı, çox həyatsevər, pozitiv bir xanım idi. Bir qızı və bir oğlu var. Mən və onu tanıyan hər kəs ölümünə inana bilmirik. Eşidəndə şok keçirdik. Sonuncu dəfə dekabrın 27-də telefonda danışdıq. Mən Türkiyədə yaşayıram. Dedi ki, görüşmək istəyir, çox darıxır. Dedim Yeni ili yola verək, yanvarda ad günümdür, gələcəm, şənlənərik. Sevindi. Heç bir xəstəliyi yox idi, hamımızdan sağlam idi. Biz də, ailə üzvləri də təəccüb içindəyik”.

İctimai xadim Hacı Quliyev mərhumu birgə iştirak etdikləri tədbirlərdən tanıdığını dilə gətirib: “Mən Nurlana xanımı sadəcə tədbirlərdən tanıyırdım. Ara-sıra tədbirlərdə görüşürdük. Dekabrın 30-u rəhmətə getdiyini eşitdim. Amma hansı səbəbdən öldüyü barədə məlumatım yoxdu. Eşidəndə çox üzüldük. Allah rəhmət eləsin!”

Sayt Nurlana Əliyevanın ölüm səbəbini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, onlara belə bir xəstə müraciət etməyib. Halbuki ailəsi də təsdiq edib ki, Nurlana Əliyeva Kliniki Tibbi Mərkəzə aparılıb, hətta orada 4 gün müalicə alandan sonra həyatını itirib. Amma xəstəxana bu məlumatı da təsdiqləməyib.

Mərhumun qızı anasının bronxial astma xəstəsi olduğunu təkzib edib və Nurlana Əliyevanın ölümü ilə bağlı ümumiyyətlə danışmaq istəmədiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri