Gənc pilotlar “Super Muşşak”da
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə tapşırıqların icrasına başlayıblar.
Plana uyğun olaraq gənc pilotlar qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş tapşırıqlarını uğurla yerinə yetiriblər.
Hərbi pilotlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















