“Gənc qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
“Gənc qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb.
Bu barədə İB “Facebook” səhifəsində məlumat yayıb.
“Gənc qazilər” İctimai Birliyi fəaliyyətlərinin dayandırmasına səbəb kimi bəzi çətinliklərin olduğunu bildirib:
“Son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmışdır.
Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik. Bu qərar heç bir fərdi münasibət və ya emosional yanaşma ilə deyil, təşkilatın ümumi mənafeyi və gələcəkdə bu sahədə daha sağlam təşəbbüslərin təşviqinə dəstək məqsədi ilə verilmişdir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, “Gənc qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 May 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















