Gənc qız maşının önünə atıldı, sürücü möcüzəvi şəkildə qəzanın qarşısını aldı VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qayda pozan piyada avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında Babək küçəsində qeydə alınıb. Belə ki, yolu təyin olunmamış yerdən keçən gənc qız həm özünü, həm də sürücünü təhlükəyə atıb. Videodan aydın olur ki, piyada yaxınlaşmaqda olan maşını görsə də, dayanmır, əksinə onun önünə qaçaraq qəza şəraiti yaradıb. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq qəzadan son anda xilas olub.
Hadisənin baş verdiyi ərazidən bir neçə metr irəlidə piyada keçidi mövcuddur. Bu isə bir daha göstərir ki, yol hərəkəti qaydalarına riayət etmək həm piyada, həm də sürücü üçün həyati əhəmiyyət daşıyır. Təhlükəsizliyi təmin etmək üçün yol keçidlərindən istifadə etmək və sürücülərin ehtiyatlı olmasına imkan yaratmaq vacibdir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 14 Noyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















