Icma.az
close
up
RU
Gənc qızı aldadan Falçı Telli də amnistiyaya düşdü

Gənc qızı aldadan Falçı Telli də amnistiyaya düşdü

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə falçılıqla məşğul olan qadın Bakıda gənc qızı aldadıb.
Bizim.Media xəbər verir ki, "Instagram" sosial şəbəkəsində özünü "falçı Telli" kimi təqdim edən şəxs Bakıdan olan gənc qızla tanış olub. 
O, gənc qızla ünsiyyət quraraq ona psixoloji təsir göstərib, guya qızın və ailəsinin "şər qüvvələr"in təsiri altında olduğunu bildirib.
Falçı qadın gənc qızı aldadaraq inandırıb ki, sevdiyi oğlan ondan ayrılacaq. Bu "ayrılığın" qarşısını almaq üçün isə qızdan 8 min 500 manat dəyərində qızıl pirsinqlər tələb edib və həmin pirsinqlərin Gəncə şəhərinə göndərilməsini istəyib. Çarəsiz qalan gənc qız tələb olunan məbləğdə qızıl pirsinqlər alaraq Gəncə şəhərinə - falçı Tellinin göstərdiyi ünvana göndərib.
Bir müddət sonra falçı qadın yenidən gənc qızla əlaqə saxlayaraq, guya atasının başqa bir qadınla sevgi münasibəti yaşadığını və yaxın vaxtlarda valideynlərinin boşanacağını bildirib. O, bu hadisənin qarşısını almaq üçün isə gənc qızdan 16 min 500 manat pul tələb edib. Gənc xanım falçıya inanaraq həmin məbləği də ona göndərib.
Hadisə bir müddət sonra üzə çıxıb və gənc qızın valideynləri polisə müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.
Cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəyib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və onun barəsində olan cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri