Gənc qızlar, görünür ki, buranı heç vaxt görməyiblər, yenə də qayıdıblar Prezident
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə söhbət etdi.
Prezident: İşğal dövründə harada yaşamısınız?
Qadın sakin: Mingəçevirdə yaşamışıq.
Sakinlər: Allah canınızı sağ eləsin. Çox sağ olun. Allah Sizi başımızın üstündən əskik etməsin.
Kişi sakin: Cənab Prezident, bizə bu sevinci, bu hissi yaşatdığınıza görə Sizə çox-çox minnətdarıq. Allah dövlətimizi, Sizi, Bayrağımızı qorusun. Yaşasın Azərbaycan! Siz demişkən, Qarabağ Azərbaycandır!
Digər kişi sakin: Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu gün biz 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə uzun ömür, cansağlığı versin.
Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?
Kişi sakin: Bir müddət Beyləqanda yaşamışıq, sonra isə Bakıya köçmüşük. Bu günə şükür. Allah Sizi var eləsin, öz torpaqlarımızda daimi yaşayacağıq.
Prezident İlham Əliyev: İndi doğma torpağa qayıtmısınız. Amma gənc qızlar görünür ki, buranı heç vaxt görməyiblər, eləmi? Amma yenə də qayıdıblar. Siz harada yaşamısınız?
Gənc qız: Biz Qaradağda, Lökbatanda.
Prezident İlham Əliyev: Bura kurort yerdir, həm havası, həm suyu.
Qadın sakinlər: Çox qəşəngdir, havası çox təmizdir. Nəvələrim beş gündür ki, burada qəşəng dincəlir, istirahət edirlər.
Prezident İlham Əliyev: Bəh, bəh, bəh, Allaha şükür.
Sakinlər: Allah canınızı sağ eləsin.
Kişi sakin: Bu xalqın yolunda çəkdiyiniz əziyyətə, gördüyünüz işlərə görə hamımız Sizə təşəkkür edirik. Çox sağ olun. Dəmir yumruq yerindədir!
Prezident İlham ƏIiyev: Sağ olun.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:39
Baxış sayı:39 Bu xəbər 14 Sentyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 14 Sentyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















