Icma.az
close
up
RU
Gənc rejissorun sənət “nübar”ları

Gənc rejissorun sənət “nübar”ları

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Canqurtaranlar”ın ekran dastanı

Onun filmoqrafiyası hələlik elə də zəngin deyil, amma azdan-çoxdan yaratdıqları gələcəyin tanınan kinorejissoru olacağına zəmanət verir. Söhbət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində çalışan gənc rejissor Murad Quliyevdən gedir.

Murad 2006-2010-cu illərdə Mədəniyyət və İncəsənət Universitetində Eldar Quliyevin kursunda kinorejissorluq ixtisası üzrə təhsil alıb. Tələbə vaxtlarından ərsəyə gətirdiyi sənədli ekran işləri ilə tay-tuşlarından seçilə bilib.   

Onun yaddaqalan son əsərlərindən biri “Canqurtaranlar” sənədli filmidir. Bu kinolent 2023-cü ildə Türkiyə Cümhuriyyətində baş vermiş zəlzələ zamanı Azərbaycan Respublikası FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının göstərdiyi fədakarlıqdan bəhs edir. 

Filmin qəhrəmanları hadisə zamanı Kahramanmaraş və Hatay şəhərlərində bir ay ərzində 53 nəfər insanın həyatını xilas edib, 700-dən çox cəsəd, çoxlu zinət əşyaları və sənədlər taparaq   aidiyyəti üzrə təhvil veriblər. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan onlardan birini – filmin qəhrəmanı Elvin İsgəndərovu xidmətdə yüksək peşəkarlığa görə “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq nişanı” medalı ilə təltif edib. 

“Azərbaycantelefilm”in istehsalı olan ekran əsərinin metrajı 50 dəqiqədir. Faciənin miqyası, xilasedicilərin hünəri yığcam, xarakterik detallarla təqdim olunur. Filmdə kadrarxası mətn yoxdur, bunu əməliyyat dialoqları və qəhrəmanların ürək sözləri əvəz edir. Uçqunlar altından xilas edilən balaca Zeynəbin, Nazın və digərlərinin sarsıntılı anları, həyəcanları təbii boyalarla əks etdirilir. Azərbaycandan zəlzələ məkanına köməyə yollanan peşəkarların təəssüratları epizodlar arasında elə ustalıqla yerləşdirilib ki, vacib ssenari elementlərinə çevrilib. Xilasedicilərin Bakıda müxtəlif fövqəladə hadisələr zamanı çağırışla ayrı-ayrı ünvanlara getdikləri kadrlar da filmdə əsas süjet xətti ilə paralel olaraq verilməklə onların çətin və şərəfli peşəsi barədə təsəvvürləri dolğunlaşdırır… 

Söz vaxtına çəkər. Düz 7 il əvvəl, XQ-nin Cənub bölgəsi üzrə müxbir işlədiyim vaxt Gənclər Günü münasibətilə Masallı Regional “ASAN həyat” kompleksindəki kinoklubda “Gəncliyin səsi” festivalı təşkil olunmuşdu. Orada Murad Quliyevin çıxışını maraqla dinlədik. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədini daşıyan həmin festivalda Murad Quliyev gənclərin festival və müsabiqələrdə iştirakının dövlət tərəfindən dəstəkləndiyindən danışdı, sonra kinoklubda onun “Debüt” studiyasında istehsal olunan “Yol ayrıcında qalmış taksı” adlı qısametrajlı bədii filmi nümayiş olundu və diskussiyalarda xeyli tərifləndi. Qeyd edək ki, daha öncə bu film Bakıda “Nizami” Kino Mərkəzində nümayiş olunarkən Muradın müəllimi Eldar Quliyev ondan  istedadlı yetirməsi kimi fəxrlə danışmış və  “mənim tələbəm” demişdi. Bu, gənc rejissor üçün böyük qiymət idi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə həsr olunmuş “Üfüqə baxan adam” (Ənvər Məmmədxanlı), “Salman Mümtaz”, “Dünya firlanır” (Bəxtiyar Vavabzadə), “Bir günəşin zərrəsiyik” (Abdulla Şaiq), “Ömrü belə yaşadım” (Mədinə Gülgün), “Kür şairi” (Əliağa Kürçaylı), “Türkün Ulusu” (Xəlil Rza Uluturk), “Varislik” (akademik Kamal Talıbzadə) kimi filmləri onun sənətdə debüt dövrünü uğurla keçdiyini göstərir.

Mən Muradın “Adım Ələsgərdir, Göyçə mahalım”, “Əlvida demirəm, görüşəcəyik” (Nüsrət Kəsəmənli haqqında) adlı sənədli-bədii və bioqrafik filmlərinə baxmışam. Əhməd Oğuzun və Məti Osmanoğlunun ssenariləri üzrə çəkilmiş bu filmlər unudulmaz şairlərə aid bilgilərlə zəngin olan, onların gözəl şeirlərini yada salan dolğun hekayətlərdir. Filmlərin hər biri Xalq yazıçısı Sabir Əhmədlinin nəvəsi, tanınmış  filoloq, professor Tərlan Quliyevin və filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevanın oğlu olan Muradın ədəbiyyata, poeziyaya necə dərindən bələd olduğunu aydın göstərir.    

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy XQ-yə bildirdi:

– Onu uşaq yaşlarından tanıyıram. Hələ 7-8-ci siniflərdə oxuyarkən atası Murad üçün “Sony” markalı kiçik bir videokamera almışdı. O da məhəllə uşaqlarını bir yerə yığıb, oynadıqları “Dava-dava”nı lentə alırdı. Bu, onun rejissor kimi ilk kadrları idi. Bəxtindən Mədəniyyət və İncəsənət Universitetində görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin kursunda nəzəri və təcrübi biliklərə yiyələndi, sənətə bütün varlığı ilə bağlandı.  

“Azərbaycantelefilm” yaradıcılıq birliyində ona həmişə daha çox ədəbiyyatla, ədəbiyyat nümayəndələri ilə bağlı portret filmlər çəkməyi tapşırıblar. Sevə-sevə icra edib, ədəbiyyatımızın görkəmli nümayəndələrinin həyatlarını ekrana layiqincə gətirib. Bu filmlər məzmun baxımından çox dolğundur. Murad müasir rejissor dünyasında, kino aləmində mövcud olan cərəyanları, onların müxtəlif çalarlarını və müasir Azərbaycan kinosuna, tələblərə yaxşı bələddir. Son zamanlar bu gənc rejissorun yaradıcılığında yeni bir istiqamət, yeni bir üslub hiss olunur. Əgər onun portret filmlərində əsasən qəhrəmanlarının həyat yolu, yaradıcılığının əsas məqamları ön plana çıxarılırdısa, son filmlərdə daha çox qəhrəmanların daxili dünyasına, onların mənəvi aləmlərinə nüfuz edilir.  

Murad Quliyevin “Dönüş” filmi Bakıda yerləşən Şuşa teatrının işğaldan azad olunmuş doğma yurda qayıdışından bəhs edir. Digər filmi – “Qarabağ xalçaları”nda vaxtilə Şuşadan Bərdəyə, Bərdədən də Bakıya “qaçqın” gəlmiş xalçalardan bəhs edilir. Filmdə həmin xalçalar da Şuşaya yola düşməyə hazırlaşır. Daha bir kinolenti – “101, 102, 103” filmi isə erməni terrorçularının Bərdəyə kassetli raket atması nəticəsində baş vermiş faciə zamanı öz vəzifə borclarını şərəflə yerinə yetirən polis, yanğınsöndürən və təcili tibbi yardım briqadalarının fəaliyyətinin çətinliklərini tamaşaçıya çatdırır. “Bir gün isti izlərlə” filmində süjet boyu olan hadisələr elə isti izlərlə də açılır. “Adi qadın”, “Bir gün metroda”, “Gizli qalsın”, “Ağalı” filmləri də dolğunluğu, dinamikası ilə seçilir.   

Bəli, onun filmlərinin əsas qəhrəmanı insandır. Bütün ekran işlərini, demək olar ki, insanın hiss-həyəcanı, mənəvi-psixoloji dünyası üstündə qurur. Buna görə də yaradıcılıq nümunələri tamaşaçının qəlbinə nüfuz edir. Murad Quliyevin bir rejissor kimi uğuru məhz bundadır.  

Murad sənətini bütün varlığı ilə sevir və qarşılaşdığı çətinliklər onu uşaqlıqdan könül verdiyi sənətindən qətiyyən incik salmır, əksinə, hər növbəti filmi təhvil verdikdən sonra Murad öz peşəsinə daha möhkəm bağlanır.  

Sonda qeyd edək ki, fevralın 5-də axşam “Nizami” Kino Mərkəzində rejissor Murad Quliyevin “Canqurtaranlar” sənədli filminin növbəti nümayişi olacaq. Ora gedən seyrçilər bir daha gənc rejissorun yaradıcılıq uğurlarının canlı şahidi olacaqlar.

Ə.DOSTƏLİ 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri