Icma.az
close
up
RU
Gənc rəssamların “Çiçəklər” dünyası

Gənc rəssamların “Çiçəklər” dünyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Çiçəklər duyğularımızı, hisslərimizi bir-birimizə ifadə etmək üçün ən gözəl təbiət nümunəsidir. Səttar İncəsənət Studiyasının rəssam heyəti də bu duyğulardan ilhamlanaraq, “Mənim çiçəkli dünyam” adlı rəsm sərgisi təşkil etmişdilər. 

Sərginin keçirilməsində əsas məqsəd, gənc rəssamların çiçəklər mövzusunda olan təcrübəsini inkişaf etdirməkdir. 

Sərginin təşkilatçısı, studiyanın rəhbəri Şəms Səttarzadə Azərbaycan təbiətini bəzəyən bütün çiçəklərin olduqca mükəmməl görüntü və rəng harmoniyasına malik olduğunu dedi: 

- Güllər canlı təbiətdə rast gəlinən və qeyri-adi rəngləri olan varlıqlardır. Bu rənglərin təsiri ilə çox gözəl rəsm əsərləri yaratmaq mümkündür. Bu sərgidə də, 20-yə yaxın gənc rəssamın əsərləri nümayiş olunur. Onların arasında Ləman Məcidzadə, Məsumə Ağayeva, Fərrux Qasımov, Ayan Bayramlı, Əsmər Paşalı, Aişə Hüseynova, Nihad İbrahimov, Orxan Qarayev və başqalarının adlarını çəkə bilərəm. Gənc dostlarımızın çəkdiyi bu gözəl rəsmlər akvarel, toxuma işləri, parça üzərində tikmələr və başqa rəng texnikaları ilə fərqlənir. 

Malik Kərimli: - 5 yaşımdan rəssamlıqla məşğul oluram. Əsərlərimdə əlvan gülləri təsvir etmişəm. Tablonun kənarlarını rəngli işıqlarla bəzəməyi çox sevirəm. Bu, rəsmlərimi daha əlvan göstərir. 

Mədinə Həbib: - 16 yaşım var. Bu şəkli 11 yaşım olanda çəkmişəm. Yaponiyanın mədəniyyəti və incəsənətini uşaqlıqdan sevirəm. Bu əsərimdə Yapon durnaları, arxa fonda üst hissədə isə Sakura ağacını təsvir etmişəm. Onu da qeyd edim ki, bu rəsm koronavirus vaxtı ərsəyə gəlib. Burada, qabartma boya texnikası və akril boyalardan istifadə olunub. 

Rəsm əsərlərində təsvir olunan güllərin, çiçəklərin parlaq rəngləri və canlı görüntüsü ziyarətçilərə xoş təsir bağışladı. 

Fidan SALMANOVA

XQ  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri