Icma.az
close
up
RU
Gənc riyaziyyatçının hədəfi IMO da medal qazanmaqdır

Gənc riyaziyyatçının hədəfi IMO da medal qazanmaqdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi riyaziyyat üzrə qazandığı uğurlarla diqqət çəkir. Liseyin şagirdi Şamil Abbasov AZƏRTAC-a müsahibəsində 6-cı sinifdə Beyləqanda təhsil alarkən respublika fənn müsabiqələrinin final mərhələsinə yüksəldiyini qeyd edib.

Həmin il medal qazana bilməsə də, 7-ci sinifdə fizika, riyaziyyat və informatika təmayüllü liseyə qəbul olduqdan sonra onun uğurları davam edib. Şagird bildirir ki, liseydəki mühit və müəllimləri onun uğurlarında mühüm rol oynayıb. O, 7-ci sinifdə riyaziyyat fənnindən gümüş medal qazanıb. 8-ci sinifdə respublika fənn olimpiadasında riyaziyyat üzrə yenidən gümüş medala layiq görülüb. Şamil Abbasov, həmçinin Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında bürünc medal əldə edib.

Həmsöhbətimizin əsas hədəfi isə yaxın illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında – IMO-da medal qazanmaqdır: “Mən istəyirəm ki, 9, 10 və ya 11-ci siniflərin hər hansı birində IMO-da, yəni Beynəlxalq Riyaziyyat Olimpiadasında medal qazana bilim”. O, gələcəkdə xaricdə universitetlərdən birində təhsil almaq istədiyini söyləyib.

Şamil Abbasov əmindir ki, qazandığı medallar gələcək təhsil həyatında ona böyük imkanlar yaradacaq.

Müsahibimiz hazırlıq prosesində müasir texnologiyalardan, o cümlədən süni intellektdən də müəyyən hallarda yararlandığını deyib. Onun sözlərinə görə, xüsusilə çətin məsələlərdə süni intellektdən ipucu alır və daha sonra məsələni özü həll etməyə çalışır. Bununla belə, hesab edir ki, müəllimin izahı dərsin daha yaxşı qavranılmasında mühüm üstünlüyə malikdir. “Məncə, müəllimin izahı daha yaxşıdır. Çünki müəllim bizi daha çox başa düşə bilir, bizim necə başa düşəcəyimizi bilir. Ona görə də dərsi həmin yollarla izah edir”.

Gələcəkdə müəllim olacağı təqdirdə şagirdlərə əsas tövsiyəsinin daha çox çalışmaq olacağını bildirən Şamil Abbasov deyib: “Yalnız dərsdə müəllimin izah etdikləri ilə kifayətlənmək olmaz. Daha çox təkrar etmələrini deyərdim. Sadəcə müəllimin dedikləri ilə qalmayıb, evdə də çalışmalarını tövsiyə edərdim”.

Gənc riyaziyyatçının sözlərinə görə, uğurun əsas şərtlərindən biri davamlı çalışma, digər tərəfdən isə müəllimlərin düzgün istiqamətləndirməsidir.

Müxbir - Tünzalə Arazlı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Ələkbər Baxşıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri