Gənc tədqiqatçı beynəlxalq konfransda Qarabağın yaşıl inkişaf modelindən bəhs edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı Rəsul Yusibov Macarıstanda beynəlxalq elmi konfransda iştirak edib.
Rəsul Yusibov AZƏRTAC-a bildirib ki, o, Obuda Universiteti tərəfindən hər il təşkil olunan beynəlxalq konfransın final sessiyasında “Münaqişədən sonrakı Qarabağda yaşıl artım transformasiyası və sahibkarlıq ekosisteminin inkişafı: Hərəkətverici qüvvələr, mexanizmlər və siyasət təsirləri” mövzusunda təqdimatla çıxış edib.
Onun sözlərinə görə, təqdimatda Qarabağ regionunun postmünaqişə dövründə yaşıl iqtisadi artım modelinə keçid imkanları, innovasiyayönümlü sahibkarlıq ekosisteminin formalaşdırılması, eləcə də dayanıqlı inkişafın təmin olunmasında institusional və iqtisadi mexanizmlərin rolu geniş şəkildə təhlil olunub. Tədqiqatın əsas elmi əhəmiyyəti Qarabağın yenidən qurulması prosesinə yalnız iqtisadi bərpa deyil, eyni zamanda, ekoloji dayanıqlılıq və innovativ inkişaf prizmasından yanaşılması ilə bağlıdır.
Rəsul Yusibov vurğulayıb ki, bu yanaşma regionun uzunmüddətli dayanıqlığı üçün inteqrasiya olunmuş inkişaf modelinin formalaşdırılmasına töhfə verir.
O əlavə edib ki, konfransda 20-dən çox xarici universitetin nümayəndələri, professor və tədqiqatçılar iştirak ediblər, müxtəlif ölkələrdən olan alimlər arasında geniş elmi müzakirələr aparılıb. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda çıxışın elmi aktuallığı və praktik əhəmiyyəti xüsusi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 24 Aprel 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















