Icma.az
close
up
RU
Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq

Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin məhsulları Türkiyə və digər ölkələrin bazarlarına çıxarılacaq.
Newscenter.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zavodun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı uzun müddətdir ki, işlər aparılır: “Bu sahədə uzun illərdir ki, çalışırıq. Yeni bağlanılan müqavilə Türkiyə və digər bazarlara çıxışı əhatə edir”.
Xatırladaq ki, mayın 5-də Nazirlər Kabinetində Azərbaycan və Belarusun Baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında keçirilmiş geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb. Sənədi X.Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar. Bununla yanaşı, iki müəssisə arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi X.Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.
Deputat Azərbaycanla Belarus arasındakı 2006-cı ildə Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra əsası qoyulmuş sənaye əməkdaşlığının uğurla davam etdiyini qeyd edib: “Biz Belarus şirkətləri və zavodları ilə əməkdaşlığa 2007-ci ildən başlamışıq, Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu ilə işləmişik. Prezidentin səfərindən sonra Gəncə Avtomobil Zavoduna bu istiqamətdə tapşırıq verildi, biz də getdik, görüşdük və danışıqlar apardıq. Bu gün artıq 18 ildir ki, təkcə həmin zavodlarla yox, digər Belarus müəssisələri ilə də əməkdaşlıq edirik və fəaliyyətimiz göz qabağındadır”.
X. Fətiyev bildirib ki, Belarus traktorlarının istehsalı sahəsində əməkdaşlıq davam edir: “Dünən bağladığımız müqavilə ilə bu istiqamətdə işimizi davam etdiririk. Hazırda ildə təxminən 700-800 traktor istehsal edirik. Zavodda kommunal texnikanın istehsalı da uzun müddətdir ki, həyata keçirilir. Biz bu sahədə də uzun illər əvvəl işə başlamışıq. Almaniyanın "Haller" şirkəti, Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu arasında üçtərəfli müqavilə əsasında tullantı maşınları istehsal olunur və bu əməkdaşlıq davam edəcək”.(report)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri