Gəncə Dövlət Filarmoniyasında Təbiətin səsi adlı sərgi keçirilib FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçirilib.
Filarmoniyadan APA-ya verilən məlumata görə, sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən dərnək üzvlərinin, Kəlbəcər rayon UİM-nin şagird və məzunlarının əsərləri nümayiş etdirilib.
25 noyabradək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışından sonra Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı baş tutub. Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə Hacıyeva, Samir Məmmədov "Gözəl Şuşa", "Bakı haqqında mahnı", "Doğma diyar", "Qarabağ", "Azərbaycan" mahnılarını ifa ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















