Icma.az
close
up
RU
Gəncə Dövlət Kukla Teatrı uşaqlar üçün iki yeni tamaşa təqdim edəcək AZƏRTAC

Gəncə Dövlət Kukla Teatrı uşaqlar üçün iki yeni tamaşa təqdim edəcək AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 21 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Gəncə Dövlət Kukla Teatrı Yeni il bayramı günlərində uşaqlara “Qrinçin yeni il xəyalları” adlı əyləncəli tamaşa təqdim edəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru, Əməkdar artist Fərmail Paşayev məlumat verib.

Hazırda xüsusi proqram əsasında hazırlanmış tamaşanın məşqləri davam edir. Yeni ilin personajları Şaxta baba və Qar qız, eləcə də uşaqların ən çox sevdiyi nağıl qəhrəmanlarının iştirak etdiyi tamaşaya Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli quruluş verir. Rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, Saleh Cümşüdlü, Mahirə Haqverdiyeva, Nərmin Şərifova, Zülfiyyə Əliyeva, Nahidə Namazova ifa edirlər.

Səhnə əsəri üçün süni intellektin köməyi ilə yeni musiqilər də hazırlanıb. Balaca tamaşaçılar “Qrinçin yeni il xəyalları”na dekabrın 25-dən yanvarın 5-dək gün ərzində 4 seans olmaqla, tamaşa edə biləcəklər.

Bundan başqa, teatrda alman xalq nağılı əsasında “Üç donuz balası” tamaşası üzərində də məşqlərə başlanılıb. Əməkdar artist Fərmail Paşayevin quruluş verdiyi səhnə əsəri 2025-ci ilin ilk ongünlüyündə hazır olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri