Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində Kukaraça tamaşasının premyerası olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncə, 7 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Milli Dram Teatrının birgə layihəsi çərçivəsində Nodar Dumbadzenin "Kukaraça" əsərinin premyerası baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə hər iki teatr arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən hazırlanıb. Tamaşada gürcü və Azərbaycan aktyorları birgə səhnə alaraq, eyni dialoqları bölüşüblər.
“Kukaraça” – Nodar Dumbadzenin eyniadlı povesti əsasında səhnələşdirilmiş tamaşadır. Əsərin baş qəhrəmanı – Kukaraça ləqəbli Georgi Tuşuraşvili polis inspektoru vəzifəsində çalışır. Lakin o, tipik bir hüquq-mühafizə orqanı əməkdaşı deyil. Kukaraça insanlara qarşı səmimi, qayğıkeş münasibəti, ədalətə və vicdana əsaslanan davranışı ilə seçilir. Əsər mənəviyyat, insanlıq və fədakarlıq kimi ali dəyərləri ön plana çəkir.
Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru isə Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur. Quruluşçu rejissor Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssam Rustavi Teatrının baş rəssamı Lomqul Murusidze, səhnə tərtibatçısı Mirzə Mehdi, xoreoqraf isə Zeynəb Hüseynovadır.
Tamaşa izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















