Icma.az
close
up
RU
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... MÜRACİƏT

Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... MÜRACİƏT

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Ayıq vaxtı olmayan, həmişə içkili olan, adı müxtəlif eşq qalmaqallarında hallanan, rüşvətxor, korrupsioner, həmişə rektorun pul yığanı olmuş bir şəxs yaxın zamanlarda Gəncə Dövlət Universitetində tədris işləri üzrə prorektor təyin edilə bilər.
Bu iddia Gəncə Dövlət Universitetində yaşananlarla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, Azərbaycan Respublikasının Elm və` Təhsil naziri cənab Emin Əmrullayevə ünvanlanmış, həm də Yenixeber.org-un elektron poçtuna daxil olan müraciətdə yer alır...
Məlum aktuallığını nəzərə alıb müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
Hörmətli Təhsil Naziri Emin Əmrullayev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov. Biz çox düşünüb-daşındıq və Sizə müraciət etmək qərarına gəldik. Emin Əmrullayev, ilk öncə təhsildə yaratdığınız şəffaf mühitə və obyektivliyə görə Sizə minnətdarlığımızı bildiririk. Niyazi Bayramova isə ona görə müraciət edirik ki, bu şəhərin rəhbəri Sizsiz. Burada olan istənilən qeyri-qanuni hərəkətə cavabdeh Sizsiniz. Siz buradakı özbaşınalığın qarşısını almalısınız.
Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru işdən azad edildi. Həqiqətən də başdan-ayağa, universitetin rektoru qarışıq korrupsiyanın içərisində idi. Bizim universitetin rektorunun köməkçisi və müşaviri əvvəllər İlqar Kubışev idi. O həm də rektorun pul yığanı idi. İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası ixtisasını bitirmişdir. Rektor Yusif Yusibov onu Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma hara, musiqi hara? Kolleçin kollektivi də onu istəmirdi. Ona görə də qısa bir müddətdən sonra həmin işdən qovuldu, yenidən universitetə qayıtdı. Daha sonra onu rektor Yusif Yusibov Gəncə Regional Kollecə direktor təyin etdirdi. Həddindən artıq rüşvətxor, korrupsioner bir adam idi.
Sizə çox təşəkkür edirik ki, onu işdən azad etdiniz. Sizə müraciət etməkdə məqsədimiz nədir? Həmin İlqar Kubışev universitetdə heç bir vəzifə daşımır, heç universitetin əməkdaşı da deyil. Rektor Yusif Yusibov Sizin töhmət verib işdən qovduğunuz adamı həftənin 5-ci günü rektoryanı şuraya çağırır, kollektivə deyir ki, İlqar müəllim mənim dostumdur. Həmin şəxsi göndərir ki, get altqruplarda olan imtahanlara, eləcə də universitetdə keçirilən imtahan prosesinə nəzarət elə.
Təhsil Nazirinin töhmət verib, işdən qovduğu rüşvətxor bir adam universitetin əməkdaşı olmadığı halda hansı əsasla, hansı statusla universitetdə keçirilən imtahan prosesinə nəzarət edə bilər???

İlqar Kubışev
Məqsəd aydındır, rektor Sizin işdən qovduğunuz ayıq vaxtı olmayan, həmişə içkili olan, adı müxtəlif eşq qalmaqallarında hallanan, rüşvətxor, korrupsioner, həmişə rektorun pul yığanı olmuş bir şəxsi yaxın zamanlarda Gəncə Dövlət Universitetinə tədris işləri üzrə prorektor təyin etdirmək istəyir.
Cənab Nazir, Sizin töhmət verib, işdən qovduğunuz bir şəxs universitetdə heç bir vəzifə daşımasa da belə imtahan prosesinə necə nəzarət edə bilir, sadəcə rektorun dostu olduğuna görəmi???
Universitetin Elmi katibi işləyən Seymur müəllim, dekan Zaur müəllim, eləcə də bu İlqar Kubışev gündüzlər rektorun yanındadlır, guya ona çox sədaqətlidirlər. Axşamlar da bu şəxslər rektorun işdən qovduğu Şahin Xurşudovla restoranlarda araq vurur, xəbər daşıyırlar. Halal xoşları olsun. Onlar da çörəyi belə qazanırlar. Amma universitetin əməkdaşı belə olmayan, korrupsiyaya görə işdən qovulan bir şəxs neçə universitetdə imtahan prosesinə nəzarət edə bilər.
Cənab nazir, cənab icra başçısı biz Sizin obyektivliyinizə və apardığınız islahatlara inanırıq və ona görə də tədbir görməyinizi Sizdən xahiş edirik.
Redaksiyadan: Yazıda yer alan iddialrla bağlı adları hallanan tərəfləri dinləmək istiqamətində cəhdlərimiz nəticəsiz oldu...
Yenixeber.org

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri