Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 22 aprel, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elm və Təhsil Nazirliyinin əmri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə hər il gənclər arasında keçirilən müsabiqə-festivalın məqsədi ali təhsil müəssisələrinin tələbələrini vətənpərvər, mədəniyyətimizə, tariximizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək, istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev, Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin baş mütəxəssisi Rüstəm Nəzirov, şöbənin aparıcı mütəxəssisi Aygün Əliyeva, festivalın münsiflər heyətinin sədri, Xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri –Xalq artisti Gülyanaq Məmmədova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli baxış müsabiqəsində iştirak ediblər.

Müsabiqədə universitet tələbələrinin vokal və instrumental, xor ifaçılığı, bədii qiraət və aşıq havalarını, xalq mahnılarını ifa etmə bacarıqları dinlənilib.

Münsiflər heyəti tələbələrin təqdim etdiyi çıxışları yüksək qiymətləndiriblər.

Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri