Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetində sağlam həyat tərzinin təbliğ olunub

Gəncə Dövlət Universitetində sağlam həyat tərzinin təbliğ olunub

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Universitetində “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir təşkil edilib. Tədbirdə ilk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Modern.az xəbər verir ki, tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışıb. Prorektor gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığını qeyd edib. Gülsüm Fətəliyeva sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan  danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının  direktor müavini Yalçın Babayev çıxışında narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən bəhs edib. Gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini bildirib. O, tələbələrə pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete çıxışda məişət zorakılığı mövzusuna toxunub. Bu cür hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün də ən mühüm prioritetlərdən biri olduğunu qeyd edib. Uşaq zorakılığı barədə danışıb və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Abbas Səhhət adına xəstəxananın şöbə müdiri, həkim-terapevt Aysel Əliyeva isə müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunmasının olduqca vacibliyindən danışıb.  Tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentləri haqqında məlumat verən Aysel Əliyeva yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Gəncə şəhər Narkoloji Dispanserin əməkdaşı Nurlana Rəhimova da narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışaraq, şəxsiyyətin formalaşması üçün cəmiyyətin nə qədər önəmli faktor olduğunu və bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının  hüquqşünası Hadı Hüseynov ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Qeyd edib ki,  məişət zorakılığı həssas, ictimai, sosial bir mövzudur.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri