Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetinin rektoru İstanbul Universitetində olub

Gəncə Dövlət Universitetinin rektoru İstanbul Universitetində olub

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Dövlət Universitetinin əməkdaşlıq etdiyi ali təhsil  ocaqlarından biri də İstanbul Universitetidir. Adı çəkilən universitet ilə əməkdaşlıq əlaqələrinin qurulması hələ 2016-cı ilə təsadüf edir. Belə ki, 2016-cı ildə İstanbul Universitetinin rektoru Mahmut Ak və Gəncə Dövlət Universitetinin rektoru Yusif  Yusibov tərəfindən universitetlər arasında 5 il müddətinə Anlaşma Memorandumu  imzalanıb. 2022-ci ildə yenidən imzalanan müqavilənin müddəti 2027-ci ilin sonuna qədər artırılıb. Qeyd edək ki, ötən dövr ərzində hər iki universitet tərəfindən birgə online formatda elmi konfranslar təşkil edilib, müxtəlif layihələr həyata keçirilib.

Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam etdirilir, elm və təhsilə dair müxtəlif proqramların tətbiq edilməsi üçün mühüm işlər görülür. Qardaş ölkənin universitetləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri sayəsində Gəncə Dövlət Universitetində Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrə adına mühazirə otağı, Türkiyədə isə dahi Azərbaycan şairi Nizami Gəncəvi adına mühazirə zalı açılıb.

44 günlük Vətən müharibəsi zamanında  da qardaş ölkənin universitetləri Azərbaycanın yanında olmuş,  biganə qalmayaraq öz mənəvi dəstəklərini göstərmişlər. Belə ki, II Qarabağ müharibəsi zamanı Nişantaşı Universitetinin rektoru Şenay Yalçın və İstanbul Universitetinin rektoru Mahmut Ak nümayəndə heyəti ilə birgə Gəncə şəhərinə gələrək öz dəstəklərini  göstərmişlər.  2020-ci ilin Vətən müharibəsi günlərində  Gəncə Dövlət Universiteti ilə Nişantaşı Universiteti və İstanbul Universiteti Gəncənin Ermənistan tərəfindən dəfələrlə raket atəşinə tutulmasını qətiyyətlə pisləyən birgə bəyanat imzalayaraq dünyanın 70-dən çox ictimai təşkilatına yaymışlar.  Bütün bunlar isə universitetlər  arasında əlaqələrin daha da möhkəmlənməsinə  səbəb olmuşdur.

Mövcud olan elmi əməkdaşlığı daha da gücləndirmək məqsədilə 13 dekabr 2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və nümayəndə heyəti Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbul Universitetində olub. Ali təhsil ocağının rektoru Osman Bülent Zülfikar ilə görüş zamanı hər iki universitet arasında illərə söykənən elmi əməkdaşlıq əlaqələrindən, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərindən danışılıb. Gələcəkdə təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın davam etdirilməsi, tələbə və müəllimlərin mübadiləsi, eləcə də birgə elmi tədqiqatlar və konfransların təşkil olunması məsələsi müzakirə olunub. Nəzərdə tutulan layihələr və birgə təşkil ediləcək konfranslar haqqında danışılıb. 2025-ci ilin may ayında  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr ediləcək elmi konfransın İstanbul Universiteti, Dokuz Eylül Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə təşkilinə dair müzakirələr edilib.

İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar Gəncə Dövlət Universiteti ilə qurulmuş əməkdaşlıq əlaqələrindən məmnun qaldığını və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinə dəstək göstərəcəyini bildirib.

Görüşün sonunda tərəflər bir-birinə simvolik hədiyyələr təqdim edib və xatirə şəkli çəkdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri