Icma.az
close
up
RU
Gəncə futbolunun irsini yaşadacaq yeni Şura yaradıldı

Gəncə futbolunun irsini yaşadacaq yeni Şura yaradıldı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

"Kəpəz” Peşəkar Futbol Klubunun nəzdində yeni şura-“Gəncənin futbol əfsanələri” təsis edilib. Bu münasibətlə klubda rəsmi iclas keçirilib.

Tədbirdə “Kəpəz” PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, baş məşqçi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov və Gəncə futbolunda dərin iz qoymuş sabiq futbolçular iştirak ediblər.

İclas iştirakçıları əvvəlcə ölkənin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də dünyasını dəyişmiş futbolçuların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ruslan Məmmədov çıxışı zamanı şuranın yaradılma məqsədi barədə məlumat verərək bildirib ki, “Gəncənin futbol əfsanələri” Gəncə futbolunun tarixi irsini qorumaq və təcrübəli futbolçularla gənc nəslin nümayəndələri arasında əlaqəni gücləndirməyi hədəfləyir. O, həmçinin şuranın şüarını da açıqlayıb:“Əfsanələr keçmişdə qalmır – onlar gələcəyini qurur.”

R.Məmmədov şuranın sədri vəzifəsinə Əli Rəhimovun namizədliyini irəli sürüb və iştirakçılar bu təklifi yekdilliklə dəstəkləyiblər. Beləliklə, Əli Rəhimov “Gəncənin futbol əfsanələri” şurasının sədri seçilib.

Etimada görə minnətdarlığını bildirən Əli Rəhimov çıxışında Gəncə futbolunun inkişafı üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb və şuranın gələcək planlarından danışıb.

Tədbirin sonunda keçmiş futbolçular öz təklif və fikirlərini bölüşüb, iclas iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri