Icma.az
close
up
RU
Gəncə icra hakimiyyəti saraya 78 milyon xərcləyib?

Gəncə icra hakimiyyəti saraya 78 milyon xərcləyib?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı auditin nəticələri ilə bağlı hesabatında diqqətçəkən məqamlardan biri də Gəncə İdman Sarayının tikintisi ilə bağlı xərclərin şişirdilməsidir.

Ötən gün bu barədə yayılan məlumatlara görə, hesabatda qeyd olunur ki, Gəncə İdman Sarayının tikintisi işlərinin dəyəri 9,52 milyon manat artırılıb.

Azpost.info bildirir ki, Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, Gəncə İdman Sarayının tikintisi ilə bağlı ilk satınalma müqaviləsi 2020-ci ilin aprelində “Rövşən Oğuz Qrup” MMC ilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 4 600 000 manat olub. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

Lakin bu vəsait sarayın inşasına bəs etməyib. Gəncə Şəhər İcra Hakimiyyəti 5 ay sonra, yəni 2020-ci ilin sentyabrında Gəncə İdman Sarayının tikintisi ilə bağlı birmənbə metodu ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin maliyyə dəyəri 1 800 000 manat olub.

2021-ci ilin mart ayında isə sarayın tikintisi ilə bağlı “Rövşən Oğuz Qrup” MMC ilə 9 400 000 manatlıq növbəti satınalma müqaviləsi imzalanıb. Həmin ilin avqust ayında sarayın tikintisinə satınalma yolu ilə 5 000 000 manat ayrılıb.

2021-ci ilin dekabrında isə yenə də Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında maliyyə dəyəri 181 600 manat təşkil edən daha bir müqavilə imzalanıb.

Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında idman sarayının tikintisi ilə bağlı əməkdaşlıq 2022-ci ildə də davam edib. Həmin ilin mart ayında tərəflər arasında 15 000 000 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

2022-ci ilin sentyabr ayında isə tərəflər növbəti satınalma müqaviləsinə imza atıblar. Bu müqavilənin maliyyə dəyəri 10 000 000 manat təşkil edib.

2023-cü ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında 28 663 030,92 manatlıq, 2025-ci ildə isə 4 000 000 manatlıq daha iki satınalma müqaviləsi imzalanıb.

Beləliklə, 2020-ci ildən 2025-ci ilədək Gəncə İdman Sarayının tikintisinə ümumilikdə 78 644 630,92 manat ayrılıb.

Sarayın inşasını həyata keçirən “Rövşən Oğuz Qrup” MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. Hüquqi ünvanı Əhməd Rəcəbli 1, ev 8-də – “Adore Plaza”nın 3-cü mərtəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.

“Rövşən Oğuz Qrup” MMC-nin internet səhifəsində qeyd edilib ki, şirkətin əsası 1991-ci ildə qoyulub. MMC 100 faiz yerli kapital əsasında fəaliyyət göstərir.

Şirkətin rəhbəri Hafiz Mustafayev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O. 2018-ci ildən şəhərə rəhbərlik edir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Aprel 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri